Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ərdoğan xəbərdarlıq etdi: "Bir gecə gözlənilmədən gələcəyik..."



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraq Kürd Muxtariyyatının keçirdiyi referendumla bağlı danışıb. 

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan seperatçı referendumu qanunsuz saydığını və nəticəsini tanımayacaqlarını bildirib.

Prezidentin çıxışında Şimali İraq rəhbərliyi ilə münasibətlərdən söz açıb:

"Şimali İraqdakı regional hakimiyyətin referendum qərarının  fürsətcillik olduğu görünür. Ayrılıq istiqamətində addımlar atılması əsla qəbul edilməz. Kürd qardaşlarımızın da haqlarına, təhlükəsizliklərinə sonuna qədər hörmətimiz var. Bu istiqamətdəki səylərdə daim Şimali İraq rəhbərliyinin yanında olduq. Heç kimin onların yanında olmadığı vaxtlarda biz onlara gərəkli dəstəyi verib ayaq üstə qalmalarına yardım etdik. Bizim İraqda ərəb, türkmən qardaşlarımız da var. Şimali İraq onların da yeridir. Sadəcə bir şəxsin, tayfanın deyil. Kimsə bizdən sərhədlərimizin yaxınlığında yeni münaqişə ocağının yaranmasına icazə verəcəyimizi gözləyə bilməz. Referendumun nəticəsinə baxmadan qeyri-qanunidir deyirik"

Ərdoğan İraqla sərhəddəki vəziyyəti izah edib:

"Hazırda İran da, hava qüvvələrimiz də eyni vəziyyətdədir. Sərhədlərdən hazırda yalnız İraq tərəfinə keçidə imkan var. Bu həftə ərzində lazım olan digər tədbirləri də açıqlayacağıq. Bunlardan sonra giriş-çıxış bağlanacaq. Başqa tədbirlər də var, onları da açıqlayacağıq. Görək neftini hara axıdacaq? Klapan bizdədir. Klapanı bağladığımız anda o iş də bitdi. Dövləti idarə edənlər bütün bunları A-dan Z-yə düşünmək məcburiyyətindədir. Bizlər emosional qərarlar almamışıq. On dəfə düşündük, bir addım atdıq. Bunları da beynəlxalq diplomatiya işlənərək apardıq."

Türkiyə prezidenti kürd referendumunu yalnız İsrailin tanıdğını söyləyib:
 
"Hazırda Şimali İraq rəhbərliyini İsraildən başqa tanıyan yoxdur. Biz addımlarımızı qərarlı bir şəkildə atmağa davam edəcəyik. Şimali İraq yerli hökumətinin bu addımdan geri addım atması şərtdir. Olmazsa, olmaz. Federal dövlət, məclis onsuz da qəbul etmir. Eyni şəkildə Suriyada da bir və ya birdən çox terror dövləti qurulmasına imkan verməyəcəyik. Guya PKK-YPG orada dövlət quracaq, bunlar yalnız bir yuxudur."

Ərdoğan Şimali İraqda hərbi müdaxiləni də istisna etməyib:

"Bizim 911 km Suriya ilö sərhədimiz var. Biz burada belə bir konfiqurasiyaya heç vaxt yol vermərik. Dedim axı, bir gecə qəflətən gələ bilərik. Bunu "Fərat Qalxanı" hərəkatında etmişik. Siyasətin və diplomatiyadan daha əhəmiyyətli olan İraq və Suriya məsələsində bütün variantlar qarşımızdadır. Cerablus, Rai, Əl-Babda 2 min kvadrat kilometrlik ərazini necə İŞİD-dən aldıqsa, indi yenə bir addım atırıq. İraqda da eyni addımı ata bilərik"

Məcid Həsənli
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений