Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərdoğan: "Əsəd rejimi hələ də yerində qalırsa, onda bu qədər qan niyə tökülüb?"



“ABŞ-ın bölgəmizdə yürütdüyü siyasətin yanlış olduğuna dair narahatlığımızı hər zaman ifadə etmişik”.
 
APA-nın “Haber 7”-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan AK partiyasının qrup toplantısında çıxışında deyib.
 
R.T.Ərdoğan ABŞ-ın dərdinin əslində başqa olduğunu qeyd edib: “İŞİD terrorçularını təmizlədiyinizi deyirsiniz, amma silah yüklənmiş avtomobillər hələ də Suriyaya gedir.  Bu, hələ də niyə davam edir? Siz hansı ölkəyə qarşı silahlanırsınız? Dərdiniz başqadır. Nəyin nə olduğunu yaxşı bilirik. Ona görə də lazımı addımlar atacağıq. Kimsə bu ssenarilərin qarşısında Türkiyənin əli-qolu bağlı oturmasını gözləməsin.
 
Suriyada Əsəd rejimi hələ də yerində qalır. Belədirsə, bu qədər qan niyə tökülüb? Demək ki, məsələ terrorla mübarizə, demokratiyanın bərpası, məzlumların hüquqlarının qorunması deyil. Biz qonşularımızın bu cür həmlələrinə biganə qalmayacağıq”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений