Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərdoğan: “Yolumuzu qətiyyətlə davam etdirəcəyik”



“İdlibdəki nəzarət və müşahidə məntəqələrinin oxşarının Afrində yaradılması üçün dostlarımızla birgə fəaliyyətimizi davam etdirəcəyik”.

Cebhe.info “Haber7”ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə keçirdiyi üçtərəfli görüşün nəticələrini şərh edərkən deyib.

R.T.Ərdoğanın sözlərinə görə, Soçidə Suriyanın ərazi bütövlüyü və siyasi birliyi məsələsi ilə bağlı razılıq əldə ediblər. Onun sözlərinə görə, əsas hədəfləri böhranın Suriya xalqı tərəfindən qəbul ediləcək davamlı və etibarlı siyasi həllini tapmaqdır. 

Ərdoğan qeyd edib ki, Suriya Milli Konqresinə dəvət ediləcək şəxslərlə bağlı qərarı Türkiyə, Rusiya və İran verəcək: “Soçidəki toplantıda Afrin məsələsinin müzakirəsi bizim həm Rusiya, həm də İranın bu məsələ ilə bağlı yanaşması baxımından çox əhəmiyyətli idi. İdlibdəki kimi nəzarət və müşahidə məntəqələrinin Afrində yaradılması üçün dostlarımızla birgə fəaliyyətimizi davam etdirəcəyik. Bizlər yolumuzu qətiyyətlə davam etdirəcəyik. Əsl sahiblərinin Afrinə dönməsi ilə şəhərin demoqrafik quruluşu da qaydasına düşəcək. Afrinin əhalisinin 50 faizi ərəblərdən, 30 faizizi kürdlərdən, qalanı isə türkmənlər və başqa etnik qruplardan ibarətdir. Sakinlərin qaçqın düşərgələrindən şəhərə qayıtması Afrinin əsl sahiblərinə qovuşması olacaq. Bu məsələ İdlib üçün də keçərlidir. Türkiyədəki idliblilərin torpaqlarına dönməsi də əvvəlkki demoqrafik quruluşun bərpasaı deməkdir”.

Cebhe.info xatırladır ki, oktyabrın 7-də Türkiyə Silahlı Qüvvələrinin İdlibdə 200 əsgəri yerləşdirilib, onların 120-si xüsusi təyinatlıdır. Türkiyənin 8 tankı və 50 zirehli nəqliyyat vasitəsi də Suriya ərazisindədir.

Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək. İdlib Türkiyənin Hatay, Afrin isə Qaziantep əyalətləri ilə həmsərhəddə yerləşir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений