Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əməkdar müəllim işdən niyə çıxarılıb?



Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Kimya-bilogiya təmayüllü respublika liseyində müəllim vəzifəsində işləyən respublikanın əməkdar müəllimi Həcər Sadıxova çalışmanın yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.

Qeyd edək ki, H.Sadıxovanın moderator.az saytında yer almış məktubunda heç bir qanuni əsas olmadan işdən çıxarıldığı bildirilib. O, bu işdə məktəb rəhbərliyini günahlandırıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений