Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elza Seyidcahan: “Bəzi çaqqallar ağzına gələni danışır"



“Bəzi çaqallar ağzına gələni danışır. Mən layihədən getməmişəm. Verilişdə efirə çıxanda görüm nə deyəcəklər”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında əməkdar artist Elza Seyidcahan ARB-də yayımlanan “Xalqın şairi” verilişinin münsifliyindən getməsi xəbərinə münasibət bildirərkən deyib.

O, söyləyib ki, yayılan xəbər həqiqəti əks etdirmir.

Qeyd edək ki, Elzanın şeir müsabiqəsinin münsifləri arasında yer alması ilk gündən narazılıqla qarşılanmışdı. Daim yazdığı şeirlərlə insanların gülüş obyektinə çevrilən, ələ salınan sənətçinin bu dəfə özünün "qiymət" verməyi narazılığa səbəb olmuşdu. İnsanlar telekanalın atdığı bu addımı tənqid edib, Elza Seyidcahanın şeir müsabiqəsində münsif olmağını Azərbaycan poeziyasının gülünc vəziyyətə salınması kimi qiymətləndirmişdi.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений