Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elnarə Abdullayeva əri ilə arasında yaş fərqini açıqladı - VİDEO



Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşı ilə aralarında olan yaş fərqindən söz açıb.

Cebhe.info-nun məlumatına görə “APA” TV-nin “Show time” verilişinə qonaq olan xanəndə bildirib ki, yoldaşından 4 yaş böyükdür: 

“Yoldaşım məndən 3-4 yaş kiçikdir. Buna görə də məni qınayanlara fikir vermirəm. Aramızda yaş fərqinin 15 il olduğunu yazıblar, 15 yox, gərək 20 yaş yazardılar. Niyə 15 yazmısınız? Həyat yoldaşım Elxan peyğəmbərlərimizdən nə də mən Xədicə anamızdan artığam. Barəmdə elə şeyləri yazanlar bunu nahaq yerə yazırlar. Elə şeylərə fikir verən deyiləm. Mənim öz aləmim var. Hər daş atanın arxasınca baxsan, getdiyin yerə çata bilmərsən. Mənə dedilər ki, bir daha tənqidlərə fikir vermə”. 

Xatırladaq ki, bəzi saytlarda E.Abdullayevaının həyat yoldaşından 15 yaş böyük olması barədə xəbər dərc olunmuşdu. 

Qeyd edək ki, Elxan adlı bəylə ailəli olan xanəndənin bu evlilikdən bir qızı və bir oğlu var. 

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений