Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elman Nəsirov: “Çoxsaylı mətbuatın içərisində seçilmək çox böyük hünərdir”



Sentyabr ayı Cebhe.info saytı, eləcə də “Cümhuriyət” qəzeti üçün əlamətdardır. Belə ki, saytın fəaliyyətə başlaması, qəzetin isə fəaliyyətini bərpa etməsinin 1 ili tamam olur. Bu münasibətlə redaksiyamıza çoxsaylı təbriklər daxil olmaqdadır.

Millət vəkili Elman Nəsirov də hər iki mətbu orqanını təbrik edib:

“Azərbaycan informasiya məkanında çoxsaylı xəbər portalları, qəzet və jurnallar fəaliyyət göstərir. Xüsusilə də yeni zamanın tələbinə uyğun olaraq elektron kütləvi informasiya vasitələrinin sayı artıb. Açıq etiraf edək ki, onlar əslində informasiya sahəsindən çox monopolist mövqe əldə ediblər. Cəmiyyətdə istənilən hadisəyə ən tez reaksiya verən informasiya vasitəsi daha çox saytlardır. Bu nöqteyi-nəzərdən mən Cebhe.info saytının yerini xüsusi qeyd etmək istərdim. Bu saytla eyni zamanda bərpasından bir il ötmüş “Cümhuriyət” qəzeti ilə mənim sıx təmaslarım var. Bu kütləvi informasiya vasitələri ilə hər zaman oxucu və bir politoloq kimi ünsiyyətdəyəm. Qənaətim ondan ibarətdir ki, bugünkü informasiya məkanında əslində oxucu qazanmaq çox çətin məsələdir. Çünki rəqabət mühiti kifayət qədər böyükdür. Çoxsaylı saytların içərisində seçilmək və özünəməxsus yerə malik olmaq böyük hünərdir.

Cebhe.info saytı da hesab edirəm ki, bu ağır işin öhdəsindən gələ bilib. 1 yaşı tamam olur, amma bu 1 il ərzində informasiya vasitəsi kifayət qədər geniş oxucu kütləsini cəlb edə bilib. Eyni zamanda cəmiyyətimizi narahat edən ən mürəkkəb, müxtəlif məsələlərlə bağlı mövqeyini hər zaman ifadə edə bilib. Mən Cebhe.info saytının 1 yaşını, “Cümhuriyət” qəzetini bərpasının 1 ili münasibətilə kollektivi səmimi qəlbdən təbrik edirəm. Sizə yaradıcılıq uğurları arzulayıram. Yeri gəlmişkən, alman filosoflarının bir fikrini də bu məqamda səsləndirmək istəyirəm. Onların mövqeyinə görə, vacib informasiyaya malik olmaq hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı lazımsız informasiyadan ayırmağı bacarmaq ikiqat hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və ya susmaq qabiliyyəti isə üçqat hakimiyyətə malik olmaq deməkdir. Hesab edirəm ki, Cebhe.info saytı və “Cümhuriyət” qəzeti bu söylədiyim reallıqları kifayət qədər dərk edib və fəaliyyətlərində rəhbər tutub. Gələcək fəaliyyətlərində də bu xəttə sadiq qalacaqlarına qətiyyən şübhəm yoxdur. Nəzərə alaq ki, ümumiyyətlə kütləvi informasiya vasitələri dördüncü hakimiyyətdir. Dördüncü hakimiyyətin söylədiyim hakimiyyət imkanları ilə bağlı o nüanslara malik olması onları daha böyük güc sahibinə çevirir. Mən sonda hər iki informasiya orqanını təbrik edirəm, onların fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram. Mənimlə də beləcə təmas qurub fikirlərimi hər zaman yayasınız. Bir daha təbrik edirəm!”

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений