Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əli Kərimlinin reallığı: Bir özü, Bir Şurası və bir də gücü yetməyəcək iddiası...



Növbədənkənar seçki yaxınlaşdıqca, sular durulur. Artıq seçkinin tarixinin dəyişdirilməsinin ilk günlərindəki gərginlik yoxdur, təbii olaraq zamanla aradan qalxır, müzakirələr səbəb tapmaq istiqamətində yox, seçkidə necə iştirakla bağlı aparılır.

Seçkidə öz namizədini irəli sürən də, iştirak etməmək qərarı verən də, boykot  elan edənlərin də cəhdləri sular durulduqca daha aydın görünür. Hər kəs öz fikirini izah edir, doğru olduğuna inandırmağa çalışıb tərəfdar toplamağa yönəlik fəaliyyət göstərir. Meydanda tək qalan Əli Kərimli və monopoliyasındakı Milli Şuradır. Əslində Milli Şura adlı bir qurum da ortada faktiki olaraq yoxdur, son toplantısını nə zaman keçirdiyi artıq çoxdan unudulan qurumun Koordinasiya Şurasının üzvləri arasında da səssizliyini qoruyanlar az deyil. Danışan kimlərdir? Heç Milli Şura sədri Cəmil Həsənlinin səsinin eşidilmədiyi seçki meydanında hər kəsin əvəzinə qərar verən də, qərarını açıqlayan da, qərarın düzgünlüyünə inandırmağa çalışmaq yox, əsaslandırılmayan israra cəhd edən də məhz Əli Kərimlidir. Seçki onun monopoliyasıdır, burada alan da, satan da özüdür, bazarlığı ancaq özü aparır, kimsəyə etimadı yoxdur, öz işini başqasına buraxmağı qətiyyən sevməz. Əli Kərimli xarakteri belədir, dost, ətraf, silahdaş, xalq ancaq ona lazım olanda aktualdır, gərəklidir, əks halda barələrində heç düşünməyə də dəyməz.  

“Yurd” sədrinin seçkini boykot qərarı heç kəs üçün gözlənilməz olmadı. Burda bazarlığa yer qalmır və  Əli Kərimlinin öz marağını hətta balaca ölçüdə belə qoruya bilməyəcəyi meydanda oynamaqdansa, boykotdan qazanmağa cəhd etməsi də anlaşılandır. Əli Kərimlinin boykot qərarından kimin nə qazanacağını proseslərin gedişində görəcəyik, indilik görünən odur ki, “Yurd” sədrinin öz seçki oyununa  heş vaxt uzalaşa bilmədiyi digər siyasi qüvvələri, eləcə də xalqı ortaq etmək cəhdi uğursuz oldu.

Heç kəs boykot demədi, ənənəvi müxalifət cəbhəsindən olsa-olsa seçkidə iştirak etməmək çağırışı eşidildi, bu isə Əli Kərimlinin manevr imkanlarını azaltdı. Növbədənkənar seçkinin təyin edilməsindən öz marağının təmini üçün istifadəyə çalışan, daha açıq desək, bunu “göydəndüşmə fürsət” kimi ayağına gələn qazanc yeri kimi dəyərləndirəcəyini düşünən Əli Kərimlinin öz qərarını dəstəklətmək üçün söyüş, təhqir, böhtan maşınını işə salması də bir işə yaramadı. Ortada uzun illərin təcrübəsi var, böhtan və söyüş heç kəsə heç nə qazandırmır, əgər üstəlik bu ikisindən istifadəyə çalışan siyasətçi olduğunu idddia edirsə, uduzduğunu bəribaşdan boynuna almalıdır. Söyüş mübarizə vasitəsi deyil, heç zaman olmayıb, bundan sonra da olmayacaq.

Əgər dünya siyasətində söyüşlə özünə divident qazanan və onu siyasi sərmayəyə çevirə biləcək bircə nəfər siyasətçi olsaydı, Əli Kərimli onu özünə ustad seçərdi. Amma yoxdur və ustadlıq Kərimlinin özünə qalıb. “Ustad Kərimli” bu dəfə oyunu istədiyi kimi qura bilmədi, nə münasibətini az qala düşmən səviyyəsinə çatdırdığı ənənəvi müxalifət düşərgəsi, nə yeni qüvvələr, nə xalq söyüş və təhqirlə davam etdirilən boykot oyununda oyunçu olmaq istəyir. Əli Kərimlinin böyük arzusu doğrulmadı, xalqı seçkidən döndərmək mümkün olmadı.

Ölkədə seçki keçiriləcək, qərar verilib və əgər bu qərarı dəyişdirə bilmirsə, ən azından ondan istifadəyə çalışıb xalqa daha yaxın təmas qurmaq stategiyasının tərəfdarı olan siyasi qüvvələr var. Az deyillər, xalqın müəyyən kəsiminə təsir göstərəcək, öz fikirlərini bölüşüb xalqdan dəstək qazanacaq, problemləri daha böyük çevrədə ictimailəşdirəcək qüvvələrin seçkidə iştirak qərarını söyüş və təhqir dolu cümlələrlə kölgəyə çəkməyə çalışmaqdansa, fürsətdən xalq və dövlət üçün istifadə daha doğru deyilmi? Xalq heç də çoxlarının düşündüyü kimi taleyinə biganə deyil, heç siyasətdən də yorulmayıb, yorulduğu illərdir dəyişilməyən simalar, sözlər, imkanlarla uzlaşmayan iddialardır. Kənara çəkilin, sakitləşin, qoyun günahkar çıxarmaq istədiyiniz xalq öz qərarını versin!

Elnarə Kərimova








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений