Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əli Kərimli və Arif Hacılı deputatın hədəfində



“Sənət adamlarının siyasi seçimi ətrafında müxalif cameədən qaldırılan səs-küy NKVD irsinin əbədiyaşar mahiyyətini üzə çıxardı. O vaxtlar repressiya olunanların balaları indi böyük şövq və həvəslə başqalarını linç etməyə hazırdılar. Axı sovet genləri hələ yaşayır”. 

Cebhe.info xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc deyib. Millət vəkili qeyd edib ki, Arif Hacılının şair ruhu antihakimiyyət pamfletləri üzərində kökləndiyindən o, prezident seçkilərindən yalnız inqilab marşları oxumağa aludədir: 

“Müsavatın himnində onu Allaha bənzətmək elə də ədəbi qəbahət sayıla bilməz, çünki onu azad ruhlu adam qələmə alıb. Amma Səməd Vurğunun partiya sevgisini nə qədər desən süngüyə taxmaq olar. Sadəcə olaraq, böyük şairimiz ideologiyanın və dövrün tələbinə uyub. Gərək, gedib edam olunaydı. Sovet yazıçılarını Stalinin qələm ordusuna çevirəndən sonra Nikita Xruşov dövründə heç kəsə lazım olmayan Aleksandr Fadeyevin özünüqəsdinə ağlayan adamlar çox qəribə bir məntiqlə hərəkət edirlər. Əkrəm Əylislini gördüyü yuxulardan ayıltmaq üçün hakimiyyət rəsmilərinin və milyonlarla sadə vətəndaşın qəzəbi yazıçıya basqı sayıla bilər, amma “gənc demokratiya qvardiyaçıları”nı təşkilatlandırıb iqtidarın üstünə aparan Əli Kərimli Anarı,Afaqı,Amaliyanı,bir sözlə müxalif himnlər bəstələməyən bütün sənətkarları mühakimə etməyə haqqı varmış.Görün, belələrində səlahiyyət olsaydı, neçə-neçə başları qələm kötüyünün üstünə sərərdilər. Demokratiya dövrünün NKVD-si və balaca beriyalar təzədən pöhrələyib meydana çıxmağa can atırlar. Heç olmasa, onda qələm müqəddəs idi”. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений