Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əli Kərimli “döyüşə” uşaqları göndərir: “Yurd” sədrinin növbəti oyunu



“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, siyasi partiyada üzvlük üçün qurumun nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına (18) çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər. Ancaq qanunvericiliyin tələblərinə zidd olaraq bu gün ənənəvi müxalifətdə 17 və daha aşağı yaş qruplarından olan gənclərə rast gəlirik. Belə görünür ki, bu şəxslər aldadılaraq siyasi təşkilatlara cəlb olunur və onların əməyindən siyasi məqsədlər üçün istifadə edilir.

Bu cür hallar son zamanlar ənənəvi müxalifət cəbhəsində çox yayılıb. Bu günlərdə polis tərəfindən saxlanıldıqları deyilən “Yurd” fəallarının da arasında yetkinlik yaşına çatmayan gənclərin olduğu bildirilir. 

Digər tərəfdən, “Yurd” sədri Əli Kərimlinin trol şəbəkəsində yer alan gənclər də xüsusilə, diqqət cəlb edir. Onların fəaliyyəti və ya hansısa cəhətləri deyil, xüsusilə, yaşlarının az olması ciddi narahatlığa səbəb olur. Əli Kərimlinin əhatəsində olanlar arasında yaşı 18-ə, yəni yetkinlik dövrünə çatmamış gənclər az deyil. “Yurd” sədri ona etiraz edənləri bu kontingentdən istifadə edərək söydürür, aşağılamağa çalışır, təhqir etdirir. Qanunvericilik isə buna yol vermir. Daim insan haqlarından, demokratyadan danışan, odlu-alovlu çıxışlar edən “Yurd” sədri bəs özü niyə qanunun aliliyini saymır? Görünən odur ki, Ə.Kərimli aldadaraq əhatəsinə yığdığı azyaşlıların fəaliyyətindən şəxsi maraqları üçün istifadə edəndə demokratiya, insan haqları məsələsini unudur.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə şərhində azyaşlıların siyasi proseslərə cəlbinin, onlardan siyasi məqsədlər üçün istifadənin  yolverilməz olduğunu deyib: “Əgər bunu qanun qadağan edirsə, kiminsə məsələyə  baxışının, yanaşmasının heç bir önəmi yoxdur. Biz qanunlara tabe olmağı, qanunlarla yaşamağı öyrənməliyik. Yalnız o zaman həsəd apardığımız inkişaf etmiş cəmiyyətlərdən ola bilərik. Və əlbəttə, qanunların işləməsini də hökumət təmin etməlidir. Əgər bir şəxsin səsvermə hüququ yoxdursa, onun aktiv siyasətdə olması da məqsədəuyğun deyil. Bəli, orta məktəblərdə artıq siyasi dərslər keçirilməli, uşaqların siyasi bilikləri formalaşmalıdır. Amma hansısa partiyada təmsil olunmaq məqsədəuyğun deyil. Məsələn, 15 yaşlı bir uşaq hansısa siyasi partiyada olub nə edəcək, hansı siyasi biliklərindən istifadə edəcək? Ondan yalnız maniken kimi istifadə olunacaq. Bu isə gəncliyin məhvidir, manqurtlaşmasıdır. Gənclik öncə siyasi biliklərə yiyələnməli, araşdırmalı və məntiqlə, öz iradəsiylə seçimini etməlidir”.

Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli də azyaşlıların siyasi proseslərə cəlb olunmasına qarşı olduqlarını deyib: “18 yaşdan aşağı partiya üzvlüyü qanunla yolverilməzdir. Və biz də bunun tərəfdarıyıq, amma partiya olaraq təəssübkeşlik institutunun qurulmasının tərəfdarıyıq. Partiyalar daxilində təəssübkeşlik institutu, həmçinin 18 yaşdan aşağı soydaşlarımızada qanun çərçivəsində  siyasi fəaliyyəti göstərməyə imkan yaradır”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений