Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elgizlə Əli Mirəliyev arasında gərgin anlar: "Qışqırma..." - VİDEO



Elgiz Əkbər müğənni Əli Mirəliyevlə söz davasına çıxıb.

Cebhe.info xəbər verir ki, ARB-nin “Səhər-səhər” verilişində sosial şəbəkədə toylarla bağlı yayılan görüntülər nümayiş olunub. Bəyə tort verərkən onunla zarafat edən gəlinlərin döyülməsi süjetinə əməkdar artist Elnarə Abdullayeva münasibət bildirib:

“Əcəb edir. Mənim gəlinim və qızım o hərəkəti etməz. Qadının qadın hərəkəti var. Bir-birinə tort vermək biabırçılıqdır, hələ bir aldadır da. Belə zarafat olmaz. Qayınata əcəb edib gəlinə sillə qurdu. Gəlin uşaqdı uşaq qələtini etsin”.

E.Əkbər isə bu sözlərlə razılaşmadığını söyləyib:

“Zarafatdır da, şoudur. Uşaqdır da edir. Məncə, səhv etməyib. Bu, bütün dünyada var”.

Ə.Mirəliyev isə qəfildən qışqıraraq “Düz edib, nə ayıbdır? Sən min adam içində bəyi ələ salırsan. Evin kişisi mənəm. İndidən belə edirsə, sonra gör nə olar” - deyib. 

Elgiz isə “Qışqırma, yavaş, əyləş” cavabını verib.

Həmin görüntüləri oxuculara təqdim edirik:

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений