Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ekspert nazirliyin 900 manat maaş yalanını çıxartdı



Azərbaycanda müəllimlərin əməkhaqqı açıqlanıb. Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev nazirliyin illik hesabat tədbirində 2014-2017-ci illərdə Azərbaycanda 134 136 müəllimin diaqnostik qiymətləndirmədən keçdiyini açıqlayıb.  O, deyib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat maaş alır.  Şöbə müdiri qeyd edib ki, müəllimlərin 3,5 faizinin maaşı 900 manat və yuxarı əməkhaqqı alır.

Nazirlik tərəfindən açıqlanan bu rəqəmlər ictimaiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Azərbaycanda 900 manat əməkhaqqı olan müəllimlərin olduğu sual yaradıb. Onların hansı təhsil müəssisələrində çalışması və hansı şərtlərlə yüksək əməkhaqqı almaları maraq doğurur. Ekspertlərin sözlərinə görə əslində ölkəmizdə yüksək maaşı olan müəllimlərin sayı çox azdır. Bu kateqoriyaya şamil olunanlar isə müəyyən ümumtəhsil məktəblərində və müxtəlif şərtlər altında çalışanlardır. 

Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil işçisi Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, nazirliyin açıqladığı bu əməkhaqqı rəqəmləri vergidən çıxılmayan hissədir: “Sağlamlıq imkanları məhdud olan bir çox təhsil müəssisələrində əməkhaqqı ümumtəhsil məktəblərində işləyən müəllimlərin maaşından fərqlidir. Yəni sağlamlıq imkanları məhdud təhsil müəssisələrində çalışan müəllimlər o birilərindən təxminən 60 faiz artıq əməkhaqqı alırlar. Bununla yanaşı, bir sıra ucqar yerlərdə əlavə olaraq yüksəkliyə görə, məsələn, Pirallahı və bu kimi yerlərdə çalışan müəllimlərimiz əməkhaqqından əlavə faiz də alırlar. Nazirliyin açıqladığı yüksək maaşlı müəllimlər bu kateqoriyadan ola bilər.

Prezidentin 994 saylı fərmanına əsasən Azərbaycanda müəllimlərin həftəlik dərs yükü 18 saat müəyyən olunub. Son 6 ayda  əməkhaqqılara bir neçə dəfə artımlar oldu. Hal-hazırda müəllimlərin həftəlik dərs yükünə görə maaşı 400 manat civarındadır. Bir çox müəllimlərimiz var ki, iki həftəlik dərs yükü var. Düzdür, bunun say nisbəti çox aşağıdır. Düşünsək ki, sağlamlıq imkanları məhdud oan və ucqar yerlərdə yerləşən təxminən 50 məktəbdə çalışan müəllimlərimizə verilən əməkhaqqının 900 manat olduğu doğrudur. Amma çıxış hissədir. Yəni vergi çıxandan sonra yerdə qalan məbləğ azalır. Təqribən bu məbləğ 600 manat edir”.

Ekspert əlavə edib ki, ümumiyyətlə, dünya ölkələri ilə müqayisədə Azərbaycanda müəllimlərin maaşı çox aşağıdır: “Amma digər tərəfdən, o ölkələrdə həyat səviyyəsi, yəni həyat bahalığı da var. Məsələn, Azərbaycanda minimum istehlak səbəti təqribən 200 manatdır. Müəllimlərin də maaşı buna nisbətdə nəzərə alınıb. Qardaş Türkiyədə müəllimin maaşı bizimkilərin ikiqatıdır. Amma orada da minimum istehlak səbəti bizdən ən azı iki dəfə çoxdur. Təhsil sistemində əməkhaqqı məsələsi dünyanın bütün ölkələrində orta hesabla hesablanır. Bütün müəllimlərin sayını və onlara ayrılan əməkhaqqını toplayaraq bölürlər müəlimlərin sayına. Əslində belə olmalı deyil. Biz müəlimlərin orta əmək haqqını götürüləndə, aşağı və yuxarı əməkhaqqı  alan müəllimlərin sayı ilə götürülməlidir. Bu məsələdə islahatlar davam edərsə və əsasən də sertifikasiyadan sonra layiq olan müəllimlərin əməkhaqqı kəskin artırıla bilər”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений