Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Eks-prezident ölkəni qarışdırır - Hökuməti istefaya göndərən səbəb



Qırğızıstan hökuməti  istefaya gedib.

Cebhe.info-nun məlumatına görə, parlamentin aprelin 19-da keçirilən iclası yetərsay olmadığından baş tutmayıb. Buna səbəb Qırğızıstan hökumətinin tərkibinə daxil olan “Ata Məkan”, “Respublika-Ata Yurd”, “İnkişaf və Tərəqqi” partiyalarının koalisiyadan çıxdıqlarını bəyan etməsi olub. 

Yeni Nazirlər Kabinetinin sədri Sapar İsakov və onun müavinləri və digər nazirlər yeni hökumət formalaşana qədər öz vəzifələrini müvəqqəti icra edəcək. Parlamentdəki deputatların 101 nəfərin baş nazirin istefaya getməsinin lehinə, 3 nəfəri isə əleyhinə səs verib. Artıq prezident Soornbek Jerenbekov  Nazirlər Kabinetinin tam tərkibdə istefaya göndərilməsi barədə fərman imzalayıb. 

Bu hadisə, prezident Sooronbay  Jeenbekov və keçmiş dövlət başçısı, hakim Sosial Demokrat Partiyasının sədri Almazbek Atambayev arasında münasibətlərin pisləşdiyi  dövrdə baş verib.  Son vaxtlar Qırğızıstanda hər kəs eks-prezidentlə hazırkı dövlət başçısı arasında münasibətlərin gərginləşməsindən danışır.  Ziddiyyətin yaranması prezident  Jeenbekovun öz sələfinin təsirindən çıxaraq müstəqil siyasət yürütməsi ilə bağlıdır. Siyasi müşahidəçilərin rəyinə görə,  istefaya göndərilən baş nazir Sapar İsakov Almazbek Atambayevin adamı sayılır. Bu baxımdan,  S.Jeenbekov onun baş nazirlikdən uzaqlaşdırılmasında maraqlı görünür.  Axır vaxtlar Qırğızıstanın siyasi elitasında artan narazılıq zamanı S.İsakov eks-prezidentin tərəfini saxlayır.  Ona görə də yaranmış hökumət böhranının səbəbi son günlər hakimiyyət daxilində baş verən fikir ayrılığı hesab edilir. Sapar İsakovun da istefaya göndərilməsi onun siyasi oyunun qurbanına çevrilməsi  kimi şərh olunur. Sooranbay Jeenbekov hakimiyyət başına gəlidkdən sonra Atambayevə yaxınlığı ilə seçilən baş nazir İsakovu, Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəisi Adil Seqizbeyovu, Daxili İşlər Nazirliyini, Baş Prokurorluğu, hakim Sosial Demokrat Partiyasını və iqtidaryönlü mətbuata Atambayevin təsirindən çıxartmağa çalışıb. Atambayev isə öz mövqeyini gücləndirmək üçün yenidən QSDP-nın VII qururltayını çağıraraq sədr seçilməyə nail olub. Əvvəllər yaxın dost olan Atambayevlə Jeenbekovun yollarının getdikcə ayrılması 2017-ci ilin dekabr ayında prezidentin müşaviri, mediaya nəzarət edən Almazbek Usenovun, 2018-ci ilin fefral ayında isə Prezident Administrasiyasının rəhbəri Fərid Usenovun istefa verməsi ilə nəticələndi. Beləliklə, vahid komanda pozuldu. Hakim elita daxilində siyasi balansın prezident Jeembekovun xeyrinə dəyişməsi A.Atambayevi narahat edir. 

Sosial Demokrat fraksiyasının lideri İsa Omurkulov bildirib ki, parlament prezidentlə baş nazir arasındakı gərginliyə son qoymaq üçün hökumətin istefasına  dəstək verib. Hökumətin fəaliyyətini dayandırması Almazbek Atambayevin prezidentə təsir imkanlarını azalda bilər. Halbuki, Almazbek Atambayevin martın 31-də QSDP-nın qurultayında yenidən bu partiyanın sədri vəzifəsinə seçilməsi eks-prezidentin hakimiyyətə qayıtmaq üçün  siyasi revanş götürməsi kimi dəyərləndirilmişdi. İndi isə A.Atambayev hazırkı prezidentə təsir vasitələrini itirməyə başlayıb. Bu da ölkədə ciddi siyasi dəyişikliklərə yol aça bilər. Qırğızıstanda hakimiyyətdaxili ziddiyyətlər küçə mitinqləri yolu ilə həll olunmağa doğru gedərsə, Almazbek Atambayevin yenidən mitinqlərin qəhrəmanı kimi meydanlara çıxacağı istisna edilmir. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений