Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əfv siyahısında kimlərin adı var? - Komissiya üzvü də...



Məlumatlara görə əfv fərmanı imzalanıb.

Cebhe.info məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. İlkin məlumatlara görə, sərəncam 634 nəfərə şamil edilib, onlardan 12-si siyasi məhbusdur.

Əfv Məsələləri Komissiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, əfv sərəncamının imzalanması haqqında məlumatı yoxdur. Ancaq sərəncamın bu həftə ərzində imzalanacağı gözlənilirdi.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Nardaran hadisələri” ilə bağlı azadlıqdan məhrum edilən 7 nəfər əfvə düşüb. Bundan başqa, şantaj yolu ilə pul almaqda təqsirləndirilən şair Saday Şəkərli, narkotik ittihamı ilə tutulan fəal Elnur Fərəcov, “Cristall Hall”da terror törətməkdə təqsirləndirilən Valeh Abdullayev və hicaba qadağa qoyulması ilə bağlı keçirilən aksiyada tutulan iki nəfər əfv edilib.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений