Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əfv Komissiyası yenidən toplandı - 100-dən çox müraciətə baxıldı



Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
 
“Qafqazinfo”nun məlumatına görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.
 
Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər təqribən 400 müraciətə baxıb. Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub. 

Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений