Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əflatun Amaşov jurnalistin Gəncə təklifini cavablandıracaq



Müstəqil jurnalist Əflatun Amaşova müraciət edib.

Cebhe.info xəbər verir ki, müstəqil jurnalist, siyasi şərhçi Azər Rəşidoğlu sosial şəbəkə hesabından Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib:

“MŞ sədri Amaşova müraciət edirəm – mən də daxil olmaqla müstəqil jurnalistlər Gəncəyə səfər eləsin, bu məsələdə birlikdə araşdırma aparaq”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müraciətlə bağlı Cebhe.info-ya açıqlama verərkən bildirib ki, məsələ ilə bağlı məlumat verəcək:

“Mən hal-hazırda Bakıda, Azərbaycanda deyiləm. Yaxın vaxtlarda Bakıda olacam və vəziyyəti öyrənib, həmin şəxsi cavablandıracam”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений