Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ədəbiyyatımıza əvəzsiz töhfə



Azərbaycan ədəbiyyatına, hətta dünya ədəbiyyatına öz töhfələrini verən həkim-yazarlarımız az olmayıb. 

Əlibəy Hüseynzadədən tutmuş Nəriman Nərimanova qədər, Abbas Səhhətdən tutmuş çağdaş ədəbiyyatımızda öz dəsti-xətti olan neçə-neçə yazara kimi... Azərbaycan ədəbiyyatsevərlərini, el-obamızı həkim-yazarlarımızın həyat və yaradıcılığı ilə ətraflı tanış etmək məqsədi ilə "Həkimlərin söz dünyası" adı altında 2016-cı ildə çap olunan həkim-yazarların ilk poetik toplusu olan əvəzsiz, gözəl bir kitab oxucuların ixtiyarına verildi. 

Lakin müəyyən səbəblər üzündən çoxlu həkim-yazar bu topludan kənarda qaldı. Bütün həkim-yazarlarımızın həyat və yaradıcılığı ilə oxucuları tam halda tanış etmək məqsədi ilə yeni həkim-yazarların yaradıcılıq toplusunun tərtibatına başlanılıb. Lahiyənin təşəbbüskarı Afaq Şıxlıdır. Bütün həkim-yazarları bu layihədə iştirak etməyə çağırırıq. Dünyasını dəyişmiş yazarlarımızın yazılarının təqdim olunmasında yaxınlarının köməklik göstərmələrini xahiş edirik.

Oxucularımızdan da köməklik  gözləyirik. Öncədən bu işə kömək edənlərə öz dərin minnətdarlığımızı bildiririk. 

Əminik ki, bu kitab Azərbaycan oxucularına, ədəbiyyatımıza böyük bir töhfə olacaq!..

Tərtibçilər tanınmış şairlər Əfrahim Hüseynli və Afaq Şıxlıdır

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений