Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Düşmən qardaşlar" görüşdü: Növbə Trampa çatdı



Şimali Koreyaya qarşı yeni sanksiyalar gündəmdə olduğu bir zamanda ABŞ prezidenti Donald Tramp bu ölkənin rəhbəri Kim Çen Inla görüşə razılıq verib. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, görüşün dəqiq tarixi bəlli olmasa da,  bu ilin mayına qədər keçirilməsi planlaşdırılır.

Trampın görüşə razılığını Cənubi Koreya prezidentinin müşaviri Çon In Yön mətbuata açıqlaıyb. Görüşdə Şimali Koreyanın nüvə çalışmaları müzakirə ediləcək, ancaq o zamana qədər ölkəyə qarşı sanksiyalar qüvvədə qalacaq.

Görüş barədə məktubu Şimali Koreya liderinin adından Cənubi Koreya nümayəndə heyəti Trampa təqdim edib.

Xatırladaq ki, iki “düşmən qardaş” ölkənin rəhbərləri bir neçə gün əvvəl görüşmüşdülər.

Xəzər

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений