Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünyanın ən varlı ölkələri: Siyahıda yerdəyişmə olub



Böyük Britaniya dünyanın ən böyük iqtisadiyyatı olan ölkələr sıiyahısında ilk beşlikdən çıxıb.

Cebhe.info xəbər verir ki, ölkənin 2017-ci il iqtisadi göstəriciləri ona siyahının ancaq 6-cı pilləsində yerləşməyə imkan verib.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Fransa siyahıda Britaniyanı üstələyib. Üstəlik mütəxəssislər ümumdaxili məhsulu 2, 575 trilyon dollar olan Fransanın bu mövqeyini möhkəmləndirəcəyini düşünür. 

İlk dəfə olaraq 2013-cü ildən bəri Fransa Britaniyadan daha yaxşı nəticə göstərib.

Britaniyanın rəsmi məqamlarının fikrincə, nəticələrin aşağı düşməsi ölkənin Avropa Birliyindən çıxması ilə əlaqədardır. Funt-sterlinqin məzənnəsi düşüb, qiymətlər isə artıb.

Qeyd edək ki, BVF-nun siyahısında ilk yeri ABŞ (19,4 trilyon dollar), ikinci yeri Çin (11,9 trilyon dollar), üçüncü yeri Yaponiya (4,9 triyon dollar), 4-cü yeri isə Almaniya (3,7 trilyon dollar tutur).

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений