Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünyanın 179 ölkəsi: Onları Azərbaycanla nə bağlayır? 



Azərbaycan diplomatiyası ötən 25 ildən etibarən çoxşaxəli fəaliyyət göstərib. Bu fəaliyyətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional təhlükəsizliyin təmin olunması, terrora qarşı mübarizədə beynəlxalq koalisiyanın tərkibində fəal iştirak və nəqliyyat-enerji sahəsində sıx əməkdaşlıq məsələləri prioritet olub.

Cebhe.info xəbər verir ki, ötən 25 ildə Azərbaycan dünyanın 179 ölkəsi ilə diplomatik münasibətlər qurub. Bu münasibətlər xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 91 diplomatik missiya təsis etməsi fonunda baş verib. Hazırda Bakıda 53 səfirlik, 4 baş konsulluq, 12 fəxri konsulluq və 12 beynəlxalq təşkilatın daimi nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan Avropa ölkələrilə əlaqələri genişləndirir, həmçinin Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir və bu əlaqələri inkişaf etdirir. 

Məlumat üçün bildirək ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə diplomatik fəaliyyət başlayıb. Artıq 1919-cu ildə Bakıda 16 xarici dövlətin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. Azərbaycanın SSRİ tərkibinə daxil edilməsi ilə diplomatiya tariximizin də tənəzzül dövrü başlayıb. Müəyyən formal istisnaları çıxmaq şərtilə, 1991-ci ilədək Azərbaycanın müstəqil diplomatik fəaliyyətindən danışmaq olmur. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений