Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

DÜNYA QOPUR: Tarixin ən güclü qasırğaları: “Dəyəri” minlərlə insan və milyardlarla dollar...



Xəbər vediyimiz kimi, Rusiya paytaxtı Moskvada 21 apreldə dağıdıcı qasırğa nəticəsində 17 nəfər xəsarətə alıb. Güclü külək paytaxtla yanaşı Smolenskidə də qeydə alınıb.

Cebhe.info dünyanın ən güclü 10 qasırğasının siyahısını təqdim edir:

1. 1780-cı ildəki böyük qasırğa. 10-16 oktyabrda olan bu təbii fəlakətin qurbanlarının sayı 27,5 min nəfər olub. Karib dənizindəki kiçik Antil adalarının sakinlərinin bir çoxu bu tufan nəticəsində həlak olub. Küləyin sürəti saatda 320 km-ə çatıb. 

2. “Mitç” qasırğası. Atlantikdə olan ən böyük təbii fəlakətlərdən biri sayılır, küləyin sürəti satda 285 km olub. 1998-ci ildə baş verib və 19 mindən artıq insan həlak olub.

3. “Holvetski” qasırğası 1900-cü ildə baş verib, Texas şatatı yaxınlığında 12 minə qdər insanın həyatına son qoyub. Bəzi rəqəmlər isə qurban sayının 6 min olduğunu göstərir. Küləyin sürəti 214 km olub.

4. “Flora” qasırğası 1963-cü ildə qeydə alınıb. Kubada 10 gün davam edib, qurban sayı 1000 nəfərdən çox olub. Xəsarət alanlar isə 175 min nəfər olub.

5. 1776-cı ildə baş verən "Puent-Pitr" qasırğası bu siyahıda 5-ci yerdədir. Küləyin sürəti saatda 120 km olub. Qvadelupaya qədər çatan qasırğa 6 min nəfərin həyatına son qoyub.

6. 1928-ci ildəki "Okişobi" qasırğası Puerto-Riko, Baham adaları və Floridada qeydə alınıb. 1200 nfərin həyatına son qoyub.

7. "Nyudaundlend" qasırğası bu sırada 7-cidir və 1775-ci ildə baş verib. Qurban sayı 4 min nəfər olub. Kanada sahillərində 29 avqustdan 9 sentyabra qədər davam edib. 

8. "Katrina" qasırğası 2005-ci ildə qeydə alınıb. ABŞ tarixinin ən dağıdıcı qasırğasıdır. 1836 nəfər həlak olub, 108 milyard dollar ziyan vuurb. 

9. 1997-ci ildəki "Polin" qasırğasında qurban sayı daha az olub- 200-400 nəfər. Meksika sahillərini "vurub", əvvəlcə küləyin sürəti saatda 410 km-ə çatsa da, sonradan azalıb.

10. Böyük Mayami qasırğası 1926-cı ildə baş verib. 372 nəfəri öldürüb. ABŞ-ın Mayami şəhərini dağıdıb.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений