Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dubayda 20 yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilib



Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin, Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə Baş konsulluğun inzibati binasında 20 yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib.

Baş konsulluqdan verilən məlumata görə, 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Səfir Daşqın Şikarov çıxış edərək, 20 yanvarı xarici  müstəmləkə zəncirlərindən qurtuluş, azadlıq və müstəqilliyə qovuşmaq yolunda Azərbaycan xalqının müqavimət hərəkatı olmaqla yanaşı, tarix səhifələrində əbədi həkk olunacaq şərəfli bir iş və xalqın qürur simvolu adlandırıb.

Daha sonra Baş konsul Pərviz İsmayılzadə, günahsız insanların qətli ilə nəticələnən bu gecə, qanla yazılmış şanlı tariximiz əsl azərbaycanlı kimliyini, məğlubedilməzliyini bir daha sübut etdiyini, vətən uğrunda canından keçmiş şəhidlərimizin hər zaman xatırlanmalı və  yad edilməli olduğunu bildirib.

Azərbaycan Respublikasının BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev 20 yanvar hadisələrini azərbaycanlıların vətən uğrunda mübarizə aparmağa hazır olduqlarının sübutu kimi dəyərləndirib, bugünkü ölkə gəncliyinin şəhidlərimizin adına layiq, yüksək mənəvi xüsusiyyətlərə malik nəsil kimi formalaşmasının vacibliyini vurğulayıb.

Çıxışçılar prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, balanslı, prinsipial xarici siyasət nəticəsində Azərbaycan həqiqətlərinin bütün dünyaya bəyan edildiyini qeyd ediblər.

Sonda xarici ölkələrdəki Azərbaycan icmaları üçün ingilis dilində xüsusi hazırlanmış “20 yanvar” adlı film nümayiş olunub.

Tədbirdə “Azərbaycan Hava Yolları”nın, ARDNŞ-in Dubay ofisinin nümayəndələri, Dubaydakı Azərbaycan diasporunun nümayəndələri, BƏƏ-də təhsil alan tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirin sonunda faciə ilə bağlı foto-slayd nümayiş olunub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений