Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Ürək ağrısı ilə deməliyik ki...”



"Bu gün beynəlxalq təşkilatlar qaçqınlıq problemini yaradan səbəblərdən çox nəticələrə köklənib. İllər üzrə artan statistikanı görürüksə, demək qlobal yanaşmada da dəyişiklər edilməlidir" 

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə deyib. O bildirib ki, vəziyyətin əsas səbəblərindən biri də ikili yanaşmalar, münaqişələr, güc mərkəzlərinin bu məsələyə olan laqeyd yanaşmasıdır. 

"Qlobal səviyyədə səylər nə dərəcədə əhəmiyyətlidirsə, yerli səviyyədə də yanaşma çox əhəmiyyətlidir. Burada cəmiyyətin bütün üzvlərinin səyləri çox vacibdir. Ölkəmizdə bu sahədə əlaqələndirmə və koordinasiya çox yüksək səviyyədə tətbiq olunub. Ürək ağrısı ilə və təəssüf hissi ilə də olsa deməliyik ki, Azərbaycan qaçqınlarla bağlı problemin bir qismini həll edib. Bu bir təcrübədir, ancaq təəssüf ki, bu problemlər sosial məsələləri həlli ilə bitmir. Biz bu şəxslərin öz ölkələrinə qayıtmasına fokuslaşmalıyıq". 

V.Hüseynov bildirib ki, Azərbaycan digər ölkələrdən gələn qaçqınlara da yardım edir.

"Bu şəxslərin saxlanması, onlara ilkin yardımların göstərilməsi, təhsil, sosial məsələləri dövlətin diqqətindədir. Heç bir şəxs arzu və istəyi ilə qaçqın olmur, onun bu vəziyyətdən çıxması özü ilə mümkün olmur. Hesab edirəm ki, bu insanlar üçün ümid beynəlxalq təşkilatlar, yanaşmadır. Ümid real nəticələrə gətirə bilər"

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений