Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dövlət idarələrində 180 milyon manat işıq pulu: Bəs enerjini hara israf olunub?



“Ölkədə istehlak olunan hər 10 kvt saat elektrik enerjisinin 1 kvt saatı büdcə təşkilatlarının payına düşür”.

Cebhe.info xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu məlumat verib. İqtisadçı qeyd edib ki, ötən il büdcə təşkilatları tərəfindən istehlak edilmiş kommunal xidmətlərin həcmində artım olub:

“Bu barədə DSK-nın açıqladığı son məlumata görə 2017-ci ildə 2016-cı ilə nisbətən elektrik enerjisi istehlakı 8,2 faiz, istilik enerjisi istehlakı 1,2 faiz, təbii qaz istehlakı da 14,2 faiz artıb. Maraqlı statistikadır, artım natural ifadədə olmasaydı, onu tariflərin bahalaşması ilə izah edə bilərdik. Amma söhbət natural artımdan getdiyindən bu rəqəmlərdən korrupsiya iyi gəlir. Çünki, büdcə təşkilatları tərəfindən ödənilmiş kommunal xidmətlərin həcmi balaca 223,6 milyon manata qədər atıb, bu vəsaitin 180 milyon manatını işıq pulu təşkil edir. Natural göstəriciyə görə ölkədə bütün növ istehlakçıların istifadə etdiyi elektrik enerjisinin hər 10 kvt saatdan 1 kvt saatı büdcə təşkilatlarının payına düşür. 2017-ci ildə elektrik enerjisinin istehlakının cəmi 34,4 faizi əhali qrupunun payına düşüb. Müşahidələr göstərir ki, Bakının mərkəzi küçələrinin əksəriyyəti işıqlandırılmır”.

“Bəs onda qənaət rejiminə keçən dövlət idarələrində bu qədər elektrik enerjisi hara israf olunub?”, sualına cavabında isə Qubad İbadoğlu qeyd edib ki, inkişaf etmiş ölkələrdə küçə işıqları, siqnalları əsasən külək və günəş enerjisi hesabına qidalandırılır: “Bizdə isə bu sahə potensial korrupsiya mənbəyinə çevrilib, hər il bu məqsədlər üçün on milyonlarla manat silinir”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений