Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dolları gözləyirdik, avro "sıçradı"...



ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmasından sonra Dollar bahalaşması gözlənilsə də, bunun əksi baş verdi. Bu gün Avro/dollar məzənnəsi yenidən 1.18 səviyyəsini keçib. Bu gün saat 07:50-də 1 avro 1.1802 dollara bərabər olub. Fedin qərarından öncə isə məzənnə 1.17 səviyyələrində idi. Beləliklə Avro bahalaşıb, Dollar ucuzlaşıb.
 
Bu gün Avropa Mərkəzi Bankı  da faiz qərarını açıqlayacaq. Açıqlamanın bu saatlarda veriləcəyi bildirilib. Dollar-Avro məzənnəsi bundan sonra daha da aydınlaşacaq.

Bəs, bu dəyişikllərin, iki dönərli valyutanın münasibətinin manata təsiri gözlənilə bilərmi? 

İqtisadçi Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, dolların uzcuzlaşmasının manatın məzənnəsinə təsiri olmayacaq: 

“Faktiki olaraq Azərbaycan hökuməti 2017-ci ilin martından sonra sabit məzənnə rejimini bərpa etdi. Bu da  ABŞ dollarına münasibətdə manatın sabit qalmasının əsas səbəbidir. Bu günə qədər bazarda manatın qiymətinə əhəmiyyətli təsir göstərə biləcək çox ciddi hadisələr baş verib. Məsələn ötən ilin iyun ayında neft 45 dollara qədər ucuzlaşmışdı. Daha sonra 70 dollara qədər bahalaşdı, hazırda isə 80 dollar ətrafındadır. Bundan başqa ötən il dünya bazarında ABŞ dolları 13 faiz dəyərini itirmişdi. Bu kimi faktorların heç biri manatın məzəznnəsinə təsir göstərmədi. Düşünürəm ki, yenə də bənzər situatsiya baş verəcək. ABŞ dollarına qarşı manatın məzənnəsində heç bir dəyişiklik baş verməyəcək”.

İqtisadçı hesab edir ki, avronun ABŞ dollarına mövqeyindən asılı olaraq Azərbaycanda manata qarşı avronun mövqeyi möhkəmlənə bilər: 

“Bu gün artıq manata qarşı avronun məzənnəsi yüksəlib. Çünki, bizdə çarpaz məzənnə sistemi tətdbiq olunur. ABŞ dollarına qarşı manatın mövqeyi digər valyutalara da tətbiq olunur. Bu səbəbdən biz ABŞ dollarında deyil, digər valyuta  məzənnələrində, həmin məzənnələrin dünya bazarında nümayiş etdirdiyi dinamikaya uyğun olaraq dəyişiklik müşahidə edəcəyik”.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений