Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dollardan sonra növbə avroda: 3 ölkə imtina edir 



Polşa, Macarıstan və Çexiya avrodan imtina etmək niyyətindədir.

Cebhe.info xəbər verir ki, sözügedən 3 ölkə avrozona valyutası olan avroya keçidi planlaşdırmır.

Bu barədə Brüsseldə Avropa Birliyi ölkələri liderlərinin avrozonadakı vəziyyətə həsr olunan sammitindən öncə xəbər yayılıb. Məlumat rəsmi təsdiqini hələlik tapmasa da, mənbələr bir sıra Avropa mətbuatına bunu təsdiqləyib.

Cebhe.info xatırladır ki, hazırda avrozonaya Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, İspaniya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa və Estoniya daxildir.

Məlumat üçün bildirək ki, Rusiya və Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə bundan əvvəl qarşılıqlı ticarətdə dollardan imtina məsələsi gündəmdə idi.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений