Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Dini qarşıdurma yaratmaq istəyən kimlərdir?



Elvin Arifoğlu: “Heç bir xarici qüvvənin təsiri altına düşməmək lazımdır”

Müsahibimiz ilahiyyatçı yazar, “Dost” jurnalının baş redaktoru Elvin Arifoğludur. Həmsöhbətimizlə son zamanlar sosial şəbəkələrdə dini mövzuda müşahidə edilən mübahisələrdən danışdıq.

-Son zamanlar ölkədə dini mövzuda mübahisələr artıb. Lakin çox təəssüf ki, bu mübahisələr bəzən təhqir, bəzən isə təhqirlər sonuclanır...
-Ateizm din deyil. Ateizmin yaradıcıları da haqsız olduqlarını etiraf ediblər. Məsələyə dini aspektdən yanaşsaq, ateizm haqda çox geniş danışa bilərik. Onlar iddia edirlər ki, təbiət, həyat partlayışlar nəticəsində yaranıb. Xeyr, belə deyil. Onlar deyir ki, Allah yoxdur, hər şey təsadüfün nəticəsidir. Ümumiyyətlə, dinimizdə təsadüf qəbul olunmaz termindir. Müsəlmanların 7-ci imamına sual edirlər ki, Allah varmı. Deyir, əlbəttə ki, var. Ondan bunu sübut etmələrini istəyirlər. Yerdən daş götürüb atır, qarşısındakı şəxs ağrını hiss edir. İmam bir az öncə ona verilən suala cavab olaraq bildirir ki, o ağrını göstər, mən də inanım. 

- İki cəbhə arasındakı müzakirələr artıq narahatedici həddədir...
- Artıq illərdir ki, bütün demokratik cəmiyyətlərdə, o cümlədən də Azərbaycanda bu mənzərə müşahidə edilir. Əslində, belə deyərdim ki, bu məsələdə dövlət özü də çox güzəşt edir. Bu qruplaşmaların üzvü olan, xarici qüvvələrin təsiri ilə ölkədə tolerantlığı pozmaq niyyətində olan insanlar özləri də bilmədən hansısa təşkilatların mövqelərini əks etdirir. Həzrəti Əlinin bir sözü var, ey insan, Allah səni azad yaradıb, heç kimə qul olma. Müsəlmanlar arasında ikitirəliyi qəbul etməsək də, təəssüf ki, bu var. Bu gün Azərbaycanda ənənəvi müxalifət var. Mitinqlərin birində onların liderləri xitab edərək deyib ki, ateist və din qardaşları bura yığışıb. Bu cümlənin özü belə yanlış idi. Onlar ora nə üçün toplaşmışdılar, məqsəd və məramları nədir, özləri də bilmirdilər. Ateist hara, dindar hara. Bu iki tərəf bir-birinə ziddir. Tövsiyə edirəm ki, dindarlar bu cür şəxslərin boş vədlərinə uymasınlar. Onlar xaricdən daha çox qrant əldə etmək üçün bu yollara əl atırlar. Təsəvvür edin ki, ərizə formasını yaza bilməyən insanlar mitinqə çıxır. Bu insanların məqsəd və məramı olmalıdır.

-Sosial şəbəkələrdə, ümumilikdə  cəmiyyətdə dini mövzuda mübahisələrin qızışmasında maraqlı dövlətlər var. Sizcə onların məqsədi nədir?
-Heç bir xarici qüvvənin təsiri altına düşməmək lazımdır. Xarici qüvvələrin təsiri altında dini təbliğ etmək yanlışdır. Azərbaycanda islam modeli var. Hər kəs bu yolu tutmalı və təbliğ etməlidir. Ölkəmizdə bu istiqamətdə kifayət qədər savadlı alimlərimiz var. Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndələrindən biri olan Hacı Məhəmməd Quluzadə kimi bir çoxlarını misal çəkmək olar. 
Niyə heç kim bu cür savadlı, ziyalı şəxslərin fikirlərindən istifadə etmir? Lakin kiminsə dediyinə istinad edirlər. Bu kimsələrin dediyi “Quran” ayəsi deyil axı. Gəlin, özümüzünkülərin fikrindən istifadə edək. Kiminsə məramlarına qulluq etmək nə deməkdir? Konkret olaraq İranın adını hallandırmaq istəməzdim. İki ölkə arasında münasibətlər normaldır. 

-Ümumiyyətlə, bu cür cərəyanlar nə zamandan yaranmağa başladı? 
-Peyğəmbərimizin vəfatından sonra bu firqələr ortaya çıxıb. Artıq 14 əsrdir ki, bu problem davam edir. Bu gün varsa, sabah da olacaq. Ta ki qiyamətə qədər bu vəziyyət davam edəcək. Çalışmalıyıq ki bu cərəyanların diktəsi ilə oturub-durmayaq. Onlardan bacardığımız qədər uzaq olaq. Dövlət bu cür şəxsləri cəzalandırmalıdır. Demokratik dövlətik, kimsə bu qaydalara tabe olmursa, cəzalandırılmalıdır. Demək istəyirəm ki, başqa dövlətin alətinə çevrilmək lazım deyil.  Dövlətlərlə yalnız sivil şəkildə yaşamaq olar. Başqa dövlətlərin oyununa qatılmamalıyıq. 

- Etiraf edək ki, son 5 ildə qeyri-ənənəvi məzhəblər xeyli fəallaşıb...
- Bu cür cərəyanların tərəfdarları fürsətdən istifadə edirlər. Həddindən artıq azadlıq olanda, nəticə bu cür olur. Onlara imkan versələr dünyanı dağıdarlar. İlahiyyatçı Tural İrfana qarşı təhdidlər oldu. Tural İrfan nə edib ki, onu təhdid edirlər? Tural İrfandan hər hansı məsələyə münasibət öyrənilib. O da fikrini bildirib ki, bu məsələ islamda qəti şəkildə pislənilir. Sonradan bəlli olub ki Misbah Yəzdi belə bir fətva verməyib. Qaragüruhlar da sonradan Tural İrfanın üzərinə düşüb ki, o islam alimin təhqir edib. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений