Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

DİM yay imtahanları üzrə nə qədər pul qazanıb? – EKSPERT açıqladı



2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb. 

Cebhe.info-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, I-V ixtisas qrupları üzrə yay imtahan sessiyası üçün qeydiyyat 14 iyuna qədər nəzərdə tutulsa da, qeydiyyatdan keçənlərin az olmasına görə müddət 20 iyuna qədər artırılıb. Ancaq yenə də kəskin artım olmayıb: 

"İyul ayında keçriləcək I-IV ixtisas qrupa yay imtahanına qeydiyyatdan 58177 abituriyent keçdi. Halbuki, may ayında keçirilən yaz imtahanında qeydiyyatdan keçənlərin I-IV ixtisas qrupu üzrə abituriyentlərin sayı 69698 nəfər idi. İkinci dəfə yaradılan elektron ərizə imkanından 3876 abituriyent yararlandı. Yay imtahanında iştirak edəcək abituriyentlərin 56521 nəfəri yaz imtahanında da iştirak edib. İxtisas qrupları üzrə yay imtahanında iştirak edənlərin sayı yaz imtahanından 11 min nəfər azdır". 

Təhsil eksperti həmçinin bakalavr pilləsinə keçirilən qəbul imtahanlarından Dövlət İmtahan Mərkəzinin hesabına köçürülən pulun miqdarını da açıqlayıb:

"I-IV ixtisas qrupu üzrə yaz imtahan sessiyası üzrə: 63818 x 40 azn = 2552720 AZN, I-IV ixtisas qrupu üzrə yay imtahan sessiyası üzrə: 58177 x 40 = 2327080 AZN, V qrup üzrə : 47648 x 40 = 1905920 AZN, Tam orta ixtisas təhsili üzrə : 55769 x 20 = 111380 AZN. K.Əsədov həmçinin qeyd edib ki, burda ilk dəfə iştirak edənlərin bir ixtisas qrupu üzrə xidmət haqqı dövlət büdcəsindən ödənir. Amma bütün hallarda həmən vəsait DİM-in hesabına daxil olur. 

Hicranə İsmayılova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений