Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dərnəgüldəki taxta bazarında yanğın: 500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı



Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mərkəzində yanğın baş verib.

Cebhe.info virtualaz.org-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə,  yanğın xırdavat bazarında qəflətən başlayıb və sonradan tikinti mağazalarına keçib.
Nəticədə, tikinti materialı, boya, laminat, lambirin, taxta, istilik sistemləri satılan 9 mağaza yanaraq kül olub. Yanmayan mağazalarda isə materiallar yararsız hala düşüb.

Mağazalarda tezalışan materiallar satıldığından, yanğın tez bir zamanda ətrafa yayılıb. Mağaza sahibləri 100 minlərlə manatlıq zərər çəkdiklərini deyirlər.

Hələlik 3 nəfərin təcili yardım avtomobili ilə xəstəxanaya aparıldığı məlumdur.

Onlardan biri tüstüdən zəhərlənib. Digəri isə istilik sistemləri satılan mağazanın icarəçisidir və içəridə 500 min manatdan çox dəyərində malı qalıbmış. Kimliyini dəqiqləşdirə bilmədiyimiz həmin ticarətçi mallarını xilas edə bilmək üçün özünü alovun içinə atıb və ciddi yanıq xəsarətləri alıb. Xəstəxanaya aparılanlardan biri də FHN-nin əməkdaşıdır, yanğınsöndürəndir. Onun da tüstüdən zəhərləndiyi bildirilir. Hadisə yerində çoxlu sayda təcili tibbi yardım avtomobilləri var və yanğından xəsarət alanların sayının artması istisna deyil.

Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.
 
Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.

Etibar Mirzəyev bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений