Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Deputatı güllələdilər: Qardaşına da sui-qəsd olub



Rusiyanın Krasnodar vilayətində ağır cinayət hadisəsi baş verib. 

Cebhe.info-nun məlumatına görə, Taupinski Rayon Məclisinin deputatı Artur Padolskinin olduğu avtomobil naməlum şəxs tərəfindən atəşə tutulub. Hadisə Olginka qəsəbəsində törədilib. Deputatın idarə etdiyi maşına üç dəfə atəş açılıb. Nəticədə deputata iki güllə dəyib. Hazırda rayon xəstəxanasında yerləşdirilən Padolski  Krasnodar hüquq-mühafizə orqanları tərəfindən sorğuya alınıb. 

Krasnodar Vilayəti İstinaq İdarəsinin əməkdaşı Natalya Smyatskinin verdiyi məlumata görə, 2017-ci ilin dekabr ayında Artur Padolskinin qardaşı Timur Padolskiyə də sui-qəsd cəhdi olub. Nəticədə deputatın qardaşı güllə yarası alıb. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений