Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Deputat Mirşahinin müdafiəsinə qalxdı: “Kimisə sevməyə borclu deyilsiniz”



“Mirşahin kimi sözün gerçək mənasında peşəkar və istedadlı bir media kapitanının televiziya kanalı açması çox müsbət haldır”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, Azərbaycan istedadlı və peşəkar insanların qıtlığını yaşayan ölkədir, olub-qalan az sayda istedadlıları da qaragüruhçu zehniyyətlə linç etməyə imkan tanımaq olmaz:

“Məlum ifadəsinə gəldikdə isə, bunu adamın şəxsiyyətini təhqir edənlərə qarşı işlətdiyi mənada anlamaqda nə çətinlik var? Anadan, bacıdan bixəbər hansısa birinin durub adamın peşəkar fəaliyyətini tənqid etmək əvəzinə anadan, bacıdan başlayıb şəxsiyyətini təhqir edirsə, hətta Mirşahinin bu formada cavab vermə haqqını da tanımaq istəmirsiniz?

Burada tərbiyəli və mədəni insanlara qarşı hansısa pis ifadə işlədilməyib ki? Ünvan bəlli, daha nədən rahatsızlıq yaranır? Kimisə sevməyə borclu deyilsiniz, fikrini, çıxışını bəyənmirsinizsə, tənqid edin, bu, tamamilə sivil bir davranışdır. İndi adamın ailəsini, şəxsiyyətini təhqir edəndə deyirsiniz cavab da verilməsin? Mir Şahinə yeni və dar nəfəslikdə mümkün qədər ekoloji təmiz söz havası arzulayıram”. 

Yeganə Oqtayqızı 
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений