Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Deputat “Hara gedirsən, ayə” mahnısından danışdı: “Belə sayğısızlıq olmazı axı”



Millət vəkili Fazil Mustafa Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanan MAG verlişində öz qeyri-adi ifasıyla bir gündə fenomenə çevrilmiş gənc haqda fikirlərini açıqlayıb.

Cebhe.info xəbər verir ki, millət vəkili telekanal və ifaçını tamaşaçı zövqünə sayğısızlıqda ittiham edib.

“Müasir Azərbaycan gənci. Adam ik öncə bir epizodla AzTV-dəki gənc obrazı ilə cəmiyyətin arzuladığı gənc obrazındakı fərqi göstərib. Əslində bu musiqiçinin istedadı barədə bir şey söyləməkdən çəkinirəm, başqa çıxışlarını izləməmişəm, ola bilsin ki, haqsızlıq edərəm. Ancaq "hara gedisən, ayə" ifadəsində çox güman ki, cəmiyyətə üstüörtülü sual verib ki, bu Arif Alışanov qafası ilə AzTV kimi dövlət büdcəsindən maliyyələşən televiziya "hara gedir e....". Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı”, - deyə Fazil Mustafa qeyd edib.

Xatırladaq ki, noyabr ayının 23-də AzTV-nin nəzdində olan Mədəniyyət kanalının efirində yayımlanan Müasir Azərbaycan Gənci (MAG) adlı verilişlə balı maraqlı kadrlar ortaya çıxıb. Gənclərin maraqla izlədiyi verilişlərdən biri olan MAG-a dəvət edilən ifaçı Vüsal Rzasoya həsr edilən veriliş geniş müzakirələrə səbəb olub. Verilişdə Vüsal Rzasoyun ifa etdiyi rok parçalardan biri - "Ayə, haraya gedirsən, ayə" parçası maraqla qarşılanıb.
 
MZ productionun rəhbəri Üzlüfət Qasımova həmin kadrların AzTV-də yayımlanmadığını bildirib.


Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений