Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

DÇ-2018: Rusiya - Səudiyyə Ərəbistanına qarşı



Bu gün futbol üzrə 21-ci dünya çempionatı start götürür. Açılış oyununda ev sahibləri Rusiya ilə Səudiyyə Ərəbistanı milliləri 25 illik fasilədən sonra ilk dəfə qarşılaşacaq.

Unikal.org xəbər verir ki, bu komandalar iniyədək yalnız bir dəfə üz-üzə gəlib. 1993-cü ilə təsadüf edən yoldaşlıq oyununda ərəblər 4:2 hesablı qələbə qazanıb.

Moskvanın "Lujniki” stadionunda baş tutacaq ikinci duel Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu Argentinadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Nestor Pitanaya yardımçıları - Xuan Pablo Bellatti və Hernan Maydana kömək edəcək. 4-cü hakim isə Braziliyadan Sandro Ricci olacaq.

Maraqlı məqamlar

* Səudiyyə Ərəbistanı FİFA reytinqində 67-ci pillədədir.

* Rusiya FİFA reytinqində 70-ci pillədədir.

* Rusiya 11-ci dəfə dünya çempionatının final mərhələsində iştirak edir.

* Səudiyyə Ərəbistanı 5-ci dəfə mundial həyəcanı yaşayacaq.

DÇ-2018. 1-ci tur

A qrupu

19:00 Rusiya - Səudiyyə Ərəbistanı

Baş hakim: Nestor Pitana (Argentina)


Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)

Dördüncü hakim: Sandru Riççi (Braziliya)

Moskva. "Lujniki” stadionu.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений