Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Danış ki, səni görüm” - Layihə



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan "Danış ki, səni görüm” layihəsinin açılış mərasimi olub.

Cebhe.info xəbər verir ki, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlığının artırılması, səlis nitq bacarıqlarının inkişaf etdirilməsidir. Layihənin ana məqsədi hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dilinin gözəl nitq ilə insanlara çatdırılması və qorunmasıdır.

Açılış mərasimində "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, Azadinform informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev çıxış edib və jurnalistika sahəsində, natiqlik sahəsində fikirlərini bölüşüblər.

Çıxış edən layihə rəhbəri, "İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürova danatiqlik sənətinin önəmindən danışıb:

"Natiqlik sənətinə peşəsindən aslı olmayaraq hərkəs yiyələnməlidir. Hətta evdar qadın belə. Çünki biz mütləq şəkildə ünsiyyət qururuq insanlarla. Nitqimizin inkişafı üçün əsas amilllərdən biri də, qəzetlərimiz, qəzet oxumaqdır. Çünki qəzet insanı sistemli olmağa öyrədir. Qəzetlər söz ehtiyatımızı artırır, bununla yanaşı bizə doğru, ardıcıl, səlist nitqin yaranmasını aşılayır. Bəzən insanlar düşünür ki, natiqlik sənəti təkcə televiziya və radio işçilərinə bir də dövlət məmurlarına lazımdır. Əslində bu düzgün yanaşma deyil. Bütün sahələrdə çalışan insanlar özlərini ifadə etmək ehtiyacı duyurlar. Bizim səsimizin tonu, bədən dilimiz, seçmiş olduğumuz sözlər və s. kimi məsələlər ünsiyyətdə ciddi problemlər yaradır. Bütün bunların başında həmin şəxsin nitq qabiliyyəti, seçmiş olduğu sözlər, danışıq tərzi dayanır”.

Qeyd edək ki, açılış mərasimində araşdırma jurnalistikasından da danışılıb. İştirakçılara bildirilib ki, jurnalistikanı seçənlər ilk addımlarını yazılı mediada atsalar, xarici dil biliklərini zənginləşdirsələr daha yaxşı olar. Çünki, araşdırma jurnalistikası az-çox yazılı mediada qalıb. Gənclər həm də jurnalistikada ixtisaslaşmağa meyilli olmalı, hər şeydən yazmaq kimi öhdəlik götürməməlidirlər.

Qeyd edək ki, layihə çərçivəsində, 3gün ərzində peşəkar ekspertlər tərəfindən 100-ə yaxın gəncə təlimlər keçiriləcək, onlara natiqlik sənətinin incəlikləri öyrədiləcək, silsiləvi tədbirlər, seminarlar, təlimlər keçiriləcəkdir. Layihənin ictimaiyyətə daha yaxşı çatdırılması üçün KİV cəlb olunub, həmçinin sosial şəbəkələrdə paylaşılacaqdır.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений