Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Daha bir partiya sədri prezidentliyə namizəd oldu



gün ADP İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

 “Report”in məlumatına görə, yığıncaqda fevralın 19-da partiyanın İdarə Heyətində müzakirəsi yarımçıq saxlanılan 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində ADP-nin iştirak etməsi məsələsinin müzakirəsi davam etdirilib. 

Müzakirələrdə ADP İdarə Heyətinin bütün üzvlərinin bu məsələ ilə bağlı fikir və rəyləri bir daha dinlənilib. Ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət, həmçinin regionda və dünyada gedən proseslərin ölkənin gələcəyinə mümkün təsirləri dəyərləndirilib, bu seçkilərdə ölkənin müxalifət partiyalarının dağınıqlığının vahid müxalifət mövqeyinin formalaşmasına imkan vermədiyi qeyd edilib. 

Seçkilərin xalqın siyasi aktivliyinin artırılmasında rolunu, partiyanın ölkənin indiki durumdan çıxarılması ilə bağlı ideyalarının seçkilər zamanı xalqa çatdırılması imkanlarını, partiyanın son on ildə izlədiyi siyasi dialoq və konstruktivizm siyasətini, demokratikləşmədə iştirakçılıq prinsipinin mühüm əhəmiyyətini nəzərə alaraq ADP-nin 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində partiyanın sədri Sərdar Cəlaloğlunun namizədliyi ilə iştirak etməsi barədə qərar qəbul olunub. Bu məsələ ilə bağlı prosedur addımlarının atılması ilə bağlı partiyanın müvafiq strukturlarına göstərişlər verilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений