Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Daha bir ölkədə Rusiya qorxusu: Müdafiə naziri narahatdır



“Norveç Rusiyanın təcavüzkar hərəkətlərindən narahatdır”.

Cebhe.info xəbər verir ki, ölkəsinin narahatlığını müdafiə naziri Frank Bakke-Yensen bəyan edib. Nazir amerikalı həmkarı Ceyms Məttislə görüşündə sərhədlərdəki Rusiya təcavüzündən narahatlığını dilə gətirib.

“Biz Rusiyanın bizim sərhədlərdəki təcavüzkar hərəkətlərini izləyirik və Rusiya Silahlı Qüvvələrindəki inkişafı müşahidə edirik”,- deyə nazir vurğulayıb. O həmçinin qeyd edib ki, Norveç hərbçiləri Rusiya Silahlı Qüvvələrinin vaxtaşırı hərbi təlimlərindən narahatlıq keçirir: “Təlimlər zamanı Rusiya qısa müddətdə ölkənin şimalına çox sayda hərbi qüvvə topladı. Norveç sərhədlərində də Rusiya raket sistemləri qoyuldu. Bu, bizdə naratahlıq yaradır”.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений