Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Daha 2 qəsəbədə sürüşmə: Nazirlik yerli qurumları hədəfə aldı: "Məsləhətləşməli idilər ki. ev tikmək olar, ya yox?



Bayıl yamacında yaranan sürüşmə prosesindən sonra bir neçə gündür ki, yağan yağışlarla əlaqədar Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Zığ qəsəbəsində sürüşmə prosesi aktivləşib. 

Maraqlıdır, bu ərazilərdən də əhalinin evaukasiyası nəzərdə tutula bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov saytımıza açıqlamasında həmin ərazilərdəki son vəziyyətdən danışıb. Onun sözlərinə görə, buradakı vəziyyət Bayıl yamacından fərqlidir: 

“Zığ qəsəbəsində sürüşmə aktivliyi Bayıl yamacında olduğu kimi deyil. 50-100 ildir ki, Zığ qəsəbəsində bu proses gedir. Zığda 10-larla belə yararsız evlər var. Bu da yeni bir hadisə deyil. Sürüşməyə meyilli ərazilərlə bağlı tərtib etdiyimiz xəritədə də əksini tapıb. Bayılda belədir ki, evlər sürüşür, torpaq kütləsi altında qalırdı. Bu səbəbdən də əhali evaukasiya edildi. Zığda böyük bir çat var. Həmin çat boyu yerləşən evlərin əksəriyyəti deformasiyaya uğrayıb”. 

Konkret olaraq, əhalinin köçürülməsi haqda danışmayan ekspert Ə.Qaralovun sözlərinə görə, Nübar qəsəbəsində maililik var: 

“Bu qəsəbə yeni salınıb. Ötən ildən etibarən bu ərazidə sürüşmə aktivliyi müşahidə edilir. Burada 40 dərəcədən yüksək maililik var. Buna səbəb ərazidə yaşayış məskənlərinin salınması, müxtəlif kommunal xətlərinin çəkilməsi nəticəsində atmosfer qatında yaranan ağırlaşmadır. Beləcə ərazidə sürüşmə yaranır”. 

Ə.Qaralovun sözlərinə görə, təxminən 10-12 il öncə “Nübar” qəsəbəsində Hökməli Boz Dağı vulkanı püskürmüşdür. Bundan bir müddət sonra isə vulkan məskənlərinin üzərində yamac kəsilərək, yaşayış massivi salınmışdır: 

“İnsan amili, yamacın kəsilməsi, eyni zamanda atmosfer tullantıları burada çoxsaylı evlərin deformasiyasına səbəb olmuşdur. Zəli gölü adlanan ərazidə bu proses 2016-cı ildə baş vermişdir. Təxminən 7 ildir ki, yamac kəsilib evlər tikildiyi üçün burada yararsız vəziyyət müşahidə olunur”. 

"Yarana biləcək təhlükənini qarşsıını almaq üçün hansı qabaqlayıcı tədbirlər görülə bilər?" sualımıza, ekspert belə cavab verdi: “Hansı qabaqlayıcı tədbir? Vətəndaş evi tikir, sonra evdə çat yaranır. Yeri verəndə, onlara sahə verəndə yerli qurumlar məsləhətləşməli idi ki, burada ev tikmək olar, ya yox”.

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений