Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Çuvaş və başqırd yazıçılardan Putinə XƏBƏRDARLIQ: "Odla oynama"



Rusiyanın Çuvaşiya və Başqırdıstan respublikalarının yazıçıları Vladimir Putini böyük aborigen azlığına malik regionlarda yerli dillərin icbari tədrisinə qarşı çıxmaq mövqeyindən çəkinməyə çağırıblar. Onlar xəbərdarlıq ediblər ki, “indiyədək mövcud olan dil siyasətinin dəyişdirilməsi Rusiyanın qüdrətini zəiflədəcək və ixtilaf toxumu səpəcək”.

Çuvaş yazıçı Anatoli Kibeç sentyabrın 18-də Putinə yazdığı açıq məktubda bildirir ki, Volqa çayı üzərində yerləşən bu etnik regionun məktəblərində çuvaş dilinin icbari tədrisinə son qoyulması “Çuvaşiya gəncləri arasındakı dost münasibətləri və bütövlükdə Rusiyanı zəiflədə bilər”.

Çuvaş yazıçı Anatoli Kibeç

Daha sonra məktubda deyilir: “Rusiyanın etnik regionlarındakı heç bir yerli dil Rusiyanın ərazi bütövlüyünə təhlükə təşkil etmir. Əksinə, yerli avtoxton xalqlar etnik mədəniyyətləri inkar edənlərdən daha çox rusiyayönlüdürlər. Rusiya xalqlarının etnik hisslərinə nə qədər ehtiramla yanaşılarsa, onların da ana vətənə sevgiləri bir o qədər güclü olar”.

Valideynlərə uşaqlarının yerli dili öyrənməməsi seçimi Rusiya prezidenti Vladimir Putinin prokurorlara müraciətindən sonra verilib. Putin Rusiya baş prokurorluğuna etnik respublikalarda rusların zorla yerli dilləri öyrənməyə məcbur edildiklərinə dair faktların araşdırılmasını tapşırıb.

Ötən iyulda Putin Mari El respublikasına səfəri zamanı demişdi ki, “kiminsə öz ana dili olmayan dili öyrənməyə məcbur edilməsi, habelə Rusiyanın etnik regionlarında rus dili dərsləri saatlarının ixtisarı yolverilməzdir”.

Putinin bu bəyanatları və onun baş prokurora sözü gedən tapşırığı etnik respublikalardakı rusdilli valideynlərə uşaqlarını yalnız rusca oxutmaq imkanı yaradıb.

Başqırd dilinin tədrisinin icbari olduğu Başqırdıstanda da valideynlərə sentyabrın 1-dən əvvəl uşaqlarının başqırd dilini öyrənib-öyrənməməsi seçimi verilib.

Tanınmış Başqırdıstan yazıçısı Flyur Qalimov

Başqırdıstanda tanınmış yazıçı Flyur Qalimov yerli dillərin tədrisinin qeyri-icbari olmasına çağırış edən Vladimir Putini Rusiya Konstitusiyasını pozmaqda ittiham edib.

O deyib ki, bu dəyişiklik artıq Başqırdıstanda narazılıqlar yaradıb və sentyabrın 16-da minədək etirazçı mitinqə çıxıb. Etirazçılar başqırd dili tədrisnin icbariliyinin bərpa olunmasını tələb edirdilər.

Qalimov deyib: "Əgər bu qığılcım alovlansa onu söndürmək mümkün olmayacaq və qırmızı çaylar axmağa başlayacaq”.

Qalimov Putinə ayrıca yazdığı açıq məktubda onu “dilimizi kəsməməyə” çağırıb.

Kibeç də onun kimi məktubunda Putinə xəbərdarlıq edib ki, yerli dillərin rolunun azaldılması Rusiya boyunca ixtilaf yarada və “federasiyamızı zəif sala” bilər.

 

Sentyabrın 14-də Başqırdıstanın qonşuluğundakı Çuvaşiya Respublikasının Ağsaqqallar Şurası Putinin hərəkətlərini tənqid edib. Şura bildirib ki, bu, “Rusiya Federasiyasının aborigen əhalisinə hücumdur”.

Hələ sentyabrın 7-də Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi regiondakı məktəblərdə tatar dilinin icbariliyinə son qoyulması cəhdlərinin Rusiya və Tatarıstan qanunlarına zidd olduğunu bəyan etmişdi.

Bu da xəbər verilir ki, sentyabrın 18-də başqırd dil və mədəniyyətini təbliğ edən qeydiyyatsız təşkilatın lideri Fail Alsınov sentyabrın 16-da Ufada keçirilən mitinq zamanı polisə itaətsizlik göstərdiyinə görə 750 rubl (12 dollar) məbləğində cərimə edilib.

Başqırdıstandakı mitinqi Asınovun qrupu təşkil etmişdi.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений