Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Connect" “Cümhuriyət” və Cebhe.info-ya vurduğu ziyanı necə ödəyəcək? - Məhkəmə yolu görünür



Xəbər verdiyimiz kimi, “Connect” internet provayderində yaranan problemlə əlaqədar təxminən iki gün (1-2 fevral) paytaxtın Əli bəy Hüseynzadə küçəsində internetin verilişi dayandırlıbı. Yaranan problem “Cümhuriyət” qəzetinin çapını əngəlləyib, Cebhe.info xəbər portalının fəaliyyətində ciddi problem yaradıb. Şirkətin operatorları internet təminatındakı problemi paylayıcı qurğudakı partlayışla əlqələndirib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müdaxiləsindən sonra internet verilişi bərpa edilib. 

Maraqlıdır, xəbərdarlıq edilmədən internet kəsildiyi halda  provayder istehlakçıya vurduğu zərərə görə necə kompensasiya ödəməlidir? 

İnformasiya və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz Cebhe.info-ya bildirib ki,  istehlakçı və provayder arasında göstərilən xidmətlə bağlı bağlanan müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib olunur: 

“Burada provayderin istək və təklifləri rol oynamır. Müqavilədə hər iki tərəfin maraqları təmin olunmalıdır. Bu müqavilələrdə fors-major hallarla da bağlı müddəa var. Məsələn, zəlzələ olarsa, baş verən problemə görə operator, provayderlər məsuliyyət daşımırlar. Fors-major vəziyyət istisna olmaqla, digər hallarda provayder xidmət göstərməyə məcburdur. Müqavilədə bu nüanslar nəzərə alınmaldır. Əgər müqavilədə bu nüanslar əksini tapıbsa, fors-major halda deyil, digər vəziyyətdə də onlar xidmət göstərə bilməyiblərsə, bu zaman istehlakçı dəymiş zərərin ödənilməsi, hüquqlarınızın tapdalanması, informasiya əldə olunmasına yaranan əngəllərə görə birbaşa olaraq provayderə, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, istehlakçı hüquqlarının qorunması üçün İqtisadiyyat Nazirliyinə və məhkəməyə müraciət edə bilər. Fors-major hal baş verməyibsə, provayder məsuliyyət daşımaldır”. 

O. Gündüzün sözlərinə görə, istehlakçı tərəf dəymiş zərərin ödənilməsini tələb etməlidir: “Bunun üçün qarşı tərəf kompensasiya, müəyyən güzəştli xidmətlər verə bilər”. 

O.Gündüz bildirib ki, bu günədək provayderlər dəfələrlə məhkəməyə verilib, vurduqları ziyanın qarşılığında kompensasiya ödəyiblər. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений