Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Çinarə özünə necə ər axtarır? - VİDEO



"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Çinarə Məlikzadə maraqlı açıqlamalar verib. 

Cebhe.info xəbər verir ki, ifaçı yaradıcılıqla yanaşı şəxsi həyatından danışıb.

Kənardan onun sənətilə bağlı söz atanlara əhəmiyyət vermədiyini deyən müğənni yenilik tərəfdarı olduğunu diqqətə çatdırıb:

“Məndə bir xüsusiyyət var ki, təsirə düşən insan deyiləm. Kimsə məni pisləsin ki, yaxşı deyil, niyə belə oxuyub, ona əhəmiyyət vermirəm. O qədər deyiblər ki. Klipimə qədər bəyənmədiklərini söyləyiblər. Mən hörmətlə yanaşmışam. Onların fikirləri ilə həvəsdən düşməmişəm. Həmişə insanlar tənqid etdikləri musiqiyə qulaq asırlar. Nədənsə bu, belədir. Çox danışırlar, amma qulaq asırlar”.

Ç.Məlikzadə əgər yenidən ailə qurarsa, nsanın onun sənətini dəstəkləməli olduğunu xüsusi vurğulayıb: “Evlənəcəyim insan özümə dəyər versin. Özümü istəsin. Hərtərəfli mənə dəstək olsun. Sənətimə də dəstək olsun. Mənə deməsin ki, o olmaz, bu olmaz".

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений