Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ceyhun Sultanova "Neftçi"də vəzifə verildi



"Neftçi” klubunda yeni təyinat olub.
 
Cebhe.info xəbər verir ki, bu barədə rəsmi sayt məlumat yayıb.
 
Ceyhun Sultanov klubun idman direktoru vəzifəsinə təyin edilib.

1997/1998 mövsümündə "Neftçi”nin şərəfini qorumuş və 23 oyunda 6 qola imza atmış Ceyhun Sultanov "Fərid” (1996-1997), "Dinamo” (1998-2001), "Maşinsazi” (Təbriz, 2003-2004), "Bakı” (2004-2007), "Xəzər Lənkəran” (2007-2010), "Kəpəz” (2010-2012), "Sumqayıt” (2012), "Qəbələ” (2013) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

38 yaşlı mütəxəssis "Bakı”da seleksiyaçı məşqçi (2013-2014), "Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib.

Cebhe.info 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений