Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü atıldı 



Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib.
 
Bu mərhələdə qrup qalibləri ilə ikinci yer sahibləri görüşəcək. 1/8 finalda eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gəlməyəcək.
 
1/8 finala qrup qalibi kimi yüksələn Türkiyə təmsilçisi “Beşiktaş”ın da rəqibi bilinib. İstanbul klubu Almaniyanın ən titullu komandası “Bavariya” ilə ilə qarşılaşacaq.
 
Növbəti mərhələnin ən maraqlı cütlərində isə “Real”la PSJ, “Çelsi” “Barselona” ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.
 
Çempionlar Liqası
1/8 final

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Real” (İspaniya) - PSJ (Fransa)
“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)
“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)
“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений