Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Bu tip təhsil müəssisələrində rəqabət hiss olunmur" - EKSPERT 



"Son zamanlar ölkəmizdə İKT ilə əlaqəli ixtisaslar ( İnformasiya sistemləri, İnformasiya təhlükəsizliyi, Proqramlaşdrıma, Robototexnika, İnformasiya texnologiyaları,  İnformatika və s. ) mövcud olan ali təhsil müəssisələrinin sayı artmaqdadır". 

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan Internet Forumunub prezidenti, ekspert Osman Gündüz deyib.

O bildirib ki, bu tip təhsil müəssisələri arasında rəqabətli mühit hiss olunmur:

"Həm də stimullaşdırıcı addımların atılmasına, həvəsləndirici tədbirlərin də keçirilməsinə ehtiyac duyulur. Ən yaxşıların üzə çıxarılması və cəmiyyətə təqdim edilməsi, həm təhsil ictimaiyyəti üçün, həm seçim etmək istəyənlər üçün, həm də elə qərar qəbul edənlər üçün də çox faydalı ola bilərdi.

Fikrimcə ali təhsil müəssisələri arasında rəqabətli mühitin formalaşması üçün onların Reytinq Cədvəlini hazırlamaq zamanı yetişib. Bu məqsədlə maraqlı tərəflərin iştirakı ilə uyğun  bir metodikanın hazırlanması vacibdir.

Əsas diqqət yetirləcək məqamların, göstəricilərin bir qismi də aşağıdakılar ola bilər :

1. Məzunlarının ixtisas üzrə  işlə təmin olunma göstəricisi,
2. İxtisası tədris edənlərin tərkibi,
3. İxtisasların tədris proqramlarının səviyyəsi,
4. Təhsil müəssisəsində İKT təminat, texnoparkın, innovasiya mərkəzlərinin olması,
5. Tələbələr tərəfindən hazırlanan startapların, innovativ layihələrin, proqram məhsullarının sayı,
6. İT biznes sektoru ilə əlaqələr  və s. ".

Hicranə Ismayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений