Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu il yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlanıb



Bu il yay fəsli Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 14:07-də gələcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya bildirib ki, bu il martın 20-də Bakı vaxtı ilə saat 20:15-dən ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 14:07-dən etibarən yay fəsli ilə əvəzlənəcək. Həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.

Alim bildirib ki, yay fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz (14 saat 43 dəqiqə) və ən qısa gecə yaşanacaq. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq. İyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr uzanmağa başlayacaq. Bu proses 21 sentyabr tarixinədək davam edəcək.

Qeyd edək ki,  bu il Azərbaycanda payız fəsli sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:54-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) başlanacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений