Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu gün Yel çərşənbəsidir



Bu gün Azərbaycanda İlaxır çərşənbələrin üçüncüsü olan Yel çərşənbəsi qeyd edilir. Cebhe.info xəbər verir ki, bu çərşənbə xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə" kimi müxtəlif adlarla adlandırılır .

 Yel çərşənbədə oyanan külək Yer üzünü gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir ki, bu da onun özünün tənzimlənməsi kimi qəbul edilir. Yel çərşənbəsində isti-soyuq küləklərin əsməsi yazın gəlişindən xəbər verir.

Rəvayətlərə görə, Yel çərşənbəsində Yer üzünə təşrif gətirmiş müqəddəs Xızır qardaşı Nəbiyə bir qırmızı alma verib tapşırır ki, almanı yeyib uzunömürlü olsun, onun tumlarını əsən küləklərə paylayıb yer üzünə səpələsin. Alma ağacının dünyanın hər yerinə yayılması bununla izah edilir.

Xatırladaq ki, Azərbaycanda sonuncu çərşənbə martın 20-də qeyd olunacaq. Həmin gün həm də Novruz bayramıdır. 

Xəzər

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений