Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu da oldu: Virtual pula görə boşana da bilmirlər



Kriptovalyutalar artıq boşanmalara da təsir göstərir. 

Cebhe.info xəbər verir ki, boşanmaq ərəfəsində olan evli cütlüklər mal varlıqlarını aşağı göstərmək və pullarını gizlətmək üçün bitcoin və digər kriptovalyutalardan istifadə edirlər. 

Xarici mətbuatda yayılan xəbərə görə, artıq Böyük Britaniyada bir hüquq firması kriptovalyutalara görə 3 boşanma işini uzun müddətdir ki, bitirmir. Kriptovalyutaların rəsmi qeydiyyatı və bəyannaməsi olmadığı üçün şəxslərin nə qədər pulunun olduğunu sübut etmək mümkün deyil. Bu baxımdan da boşanma məsələlərində mal  bölgüsündə ciddi problemlər yaşanır. Digər bir problem isə kriptovalyutaların qiymətindəki sürətli dalğalanmalardır. Bu isə mal varlıqlarının sürətlə artmasına və eyni şəkildə azalmasına səbəb olur. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений