Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Britaniyanın Daxili işlər nazirini yolda qarət etdilər



Sacid Cavid: “Uşaqlarımın Londondakı təhlükəsizliyinə görə narahatam”

Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid etiraf edib ki, bir neçə ay bundan öncə onu London vağzalının yanında qarət ediblər. Musavat.com lenta.ru saytına istinadən xəbər verir ki, o, taksi çağıran vaxt mopeddə olan qarətçilər onun əlindən telefonunu alaraq, qaçıblar. “Bu, ani olaraq baş verdi. Mən Yuston vağzalından çıxdım və taksi çağırmaq üçün telefonumu çıxardım. 

Telefonum təptəzə idi. Mən nə baş verdiyini anlayanda artıq qarət olunmuşdum. Onlar sürətlə mənə yaxınlaşdılar, telefonumu götürüb, uzaqlaşdılar”, - bunu da nazir deyib. 

Nazir müsahibəsində deyib ki, uşaqlarının Londondakı təhlükəsizliyindən narahatdır. Onun sözlərinə görə, küçə cinayətlərinin qarşısını almaq üçün bəzi təhlükəsizlik tədbirləri görülməlidir. Nazir təhlükəsizlik tədbirləri olaraq internetdə bıçaq satışına qarşı çıxır, eyni zamanda gənclərlə profilaktik söhbətlərin artırılmasını və narkotik satıcıları ilə mübarizənin gücləndirilməsini tələb edir. 

Sacid Cavid – Pakistan əsilli bir ailənin oğludur. O, Böyük Britaniyanın daxilli işlər nazirliyinə 30 aprel 2018-ci ildə təyin edilib. 

Bununla da bu vəzifədəki ilk milli azlıq olub. Bundan öncə ölkədəki bir çox mühüm postlarda, həmçinin nazir vəzifələrində təmsil olunub. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений