Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Böyük marketlər 1, 3, 5 qəpiklərdən necə qazanır? - Ekspert



“Azərbaycanda, xüsusən ticarət sektorunda marketinq müştəriləri aldatmaq kimi anlaşılır. Bəzən 70-90 faizlik endirimlərlə, bəzən heç bir şəffaflığı olmayan və ya böyük şübhələr doğuran stimullaşdırıcı lotereya oyunları keçirilir. Dünya marketoloqları bu üsullarla istehlakçıları cəlb edir, rahatca aldadır və milyonlar qazanır”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Razi Abbasbəyli deyib.

İqtisadçı hesab edir ki, adətən elektron ticarətdə müştəri daha rahat aldadılır:

"Pulsuz çatdırılma və quraşdırılma" vədləri verilir. Tənbəl istehlakçılar da adətən çox rahatda bu "marketoloqların" tələsinə düşür. Şəxsi təcrübəmə əsasən bir məqamı qeyd edim ki, adətən iri ərzaq dükanlarında Azərbaycanda marketoloqlar vitrin qiymətlərini yuvarlaqlaşdırmır. Məsələn, 1.97 AZN. 0.86 AZN və.s. Kiçik məhəllə marketlərində 1.97 əvəzinə 2, 0.86 əvəzinə də 0.90 qəpik satış qiyməti tətbiq edilir. İri marketlərdə demək olar ki, müştərilər, xüsusən də, az alış-veriş edənlər 1-3-5 qəpiklik əsginasları qalıq olaraq almırlar. Nəticə etibarilə, kassada, satış üzrə dövriyyədə aşağı göstərilən qiymətin 5 qəpiyə qədər olan dəyəri həmin iri marketin kassasına qayıdır. Bununla da dövriyyə üzrə gəlir aşağı göstərilir, vergidən də yayıma faktı baş verir. Eyni zamanda Azərbaycanın büdcə pulları hesabına basılmış qəpiklər dövriyyədən çıxır. Bununla da bizi aldadaraq marketoloqlar böyük pullar qazanır. Praktik olaraq, 10 dükanı olan iri market şəbəkəsinin hər birinə gün ərzində ortalama 300 müştəri daxil olur. Bu 3 min nəfər müştəri deməkdir. Hər müştəridən 0.03 qəpik qalıq olanda vergidən yayındırılaraq cibimizdən marketin kassasına gedir. 3000 müştəri - 3 qəpikdən - ay ərzində 90 AZN, il ərzində isə 1080 AZN qazanır. Lakin bu iri marketin ən az göstəricilərlə qazandığıdır".

Razi Abbasbəyli gündəlik təcrübəsində istifadə etdiyi bir tövsiyəni də diqqətə çatdırıb:

“İri marketlərdən hər ay 5 AZN-ə qədər 1-3-5 qəpikləri toplayaraq növbəti dəfə bir ehtiyacıma sərf etmək məqsədilə o marketə qaytarıram. İstehlakçıya da tövsiyəm, həm dövlətimizin atributuna sahib çıxmaq, həm də cibimizdən könüllü olaraq işbaz marketoloqlara pul verməməkdir”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений