Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bolqarıstan Milli Radiosunda Bakı şəhəri ilə bağlı reportaj yayımlanıb



Bolqarıstan Milli radiosunun (BNR) ölkə səviyyəsində aparıcı radio yayım proqramı olan “BNR Horizont” proqramında “Hər şeydən öncə” verilişində Bakı şəhəri barədə reportaj yayımlanıb. Reportaj, həmçinin radionun rəsmi internet səhifəsində yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycanın nə üçün “Odlar Yurdu” adlandırıldığı barədə məlumat verilib. Asiya və Avropanın kəsişməsində yerləşən ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin, ənənələrin və dinlərin birləşdiyi qeyd olunub. Tarixin və gələcəyin qovuşduğu, müxtəlif mədəniyyətlərə məxsus elementlərin ahəngdar birləşdiyi Bakı şəhərində Şərqin köklü ənənələrinin və Qərb tərəqqisinin müasir imzasının vəhdətinə nail olunduğu bildirilib.

Çoxlu müasir binaların inşa olunduğu Bakının memarlıq baxımından gələcəyin şəhəri təəssüratı yaratdığı fikri səsləndirilib. Məşhur britaniyalı memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzinin valehedici memarlığına görə London Dizayn Muzeyinin mükafatına layiq görüldüyü qeyd olunub.

Reportajda neft və qaz resursları ilə zəngin Azərbaycanda mənəvi dəyərlərin qoruduğu vurğulanıb, memarlığımızın və mədəniyyətimizin incisi olan “İçərişəhər”, onun zəngin tarixi, buradakı qədim memarlıq abidələri barədə ətraflı məlumat verilib. “İçərişəhər” kompleksində yerləşən, Azərbaycan memarlığının inciləri hesab olunan Qız Qalası və Şirvanşahlar Sarayının YUNESKO-nun Ümumdünya İrsi Siyahına daxil olduqları dinləyicilərin diqqətinə çatdırılıb. Həmçinin Şirvanşahlar Sarayının tarixinə toxunulub və Qız Qalası ilə bağlı rəvayətdən bəhs olunub.

Sonda Azərbaycan xalçaları barədə məlumat verilib, onların təbii materiallardan hazırlandığı və özündə Azərbaycan xalqının milli adət-ənənələrini əks etdirdiyi vurğulanıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений