Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

BMT və AMEA beynəlxalq konfrans keçirib



Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə “10 Dekabr Ümumdünya İnsan Hüquqları günü” nə həsr olunmuş beynəlxalq konfrans keçirilib. 

Cebhe.info xəbər verir ki, tədbir 2018-ci ildə 70-ci ildönümü qeyd olunacaq “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” ilə bağlı bütün dünyada, eləcə də Azərbaycanda keçiriləcək silsilə tədbirlərin açılış mərasiminə həsr olunub. 

Qeyd edək ki, İnsan Hüquqlarına dair Universal Bəyannamənin  (İHUB) 70 illiyi ilə əlaqədar Azərbaycanda bir il davam edəcək kampaniyaya bu gün start verilib.

Kampaniyanın üç əsas hədəfi var: təşviq etmək, iştirak etmək və düşünmək. Kampaniya, bütün dünyada geniş auditoriya bazasını cəlb etmək; Universal Bəyannamənin bizim hamımızı necə gücləndirməsi haqqında anlayışı təşviq etmək; və hər gün hər birimizin hüquqlarını müdafiə etməyin yolları barədə düşünmək məqsədi daşıyır.  

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib: "Dünyada 500-dən artıq dildə mövcud olan və ən çox tərcümə olunan Universal Bəyannamə elan edildiyi gün olduğu kimi bu gün də eyni aktuallığa malikdir. Dünyanın müxtəlif bölgələrindən olan hüquq və mədəni sahələrin təmsilçiləri tərəfindən işlənib hazırlanmış İHUB bütün xalqların və bütün millətlərin ümumbəşəri dəyərləri və ümumi nailiyyət standartlarını müəyyənləşdirir".

Tədbiri giriş nitqi ilə açan  AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı, Aytən Mustafazadə Azərbaycanda insan hüquqlarının qorunması tarixindən və inkişaf yolundan danışıb. O, həmçinin insan hüquqlarına, müasir dünyada sülhə, əmin-amanlığa olan təhdidlərdən, terror, separatizm, ekstremizm və ekoloji fəlakətlər kimi risklərdən qorunma problemlərindən, beynəlxalq təşkilatların, xüsusən də BMT-nin bu işlərdə vacib rolundan bəhs edib. 

İHUB-un 70 illik yubileyi ərəfəsində Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş hər kəsi İHUB maddələrini 100-dən artıq dildə təşviq etmək və yaymaq məqsədilə yaradılmış "Səsini Əlavə et" layihəsində iştirak etməklə, insan hüquqlarının müdafiəsinə qalxmağa çağırıb. "Səsini əlavə et", insanlara İHUB-un maddələrini öz dillərində oxumaqla video-çəkiliş aparmağa və bunu sosial mediada paylaşmağa imkan verən onlayn platformadır.  

Tədbirdə dövlət qurumları, Milli Məclis, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elmi dairələr və kütləvi informasiya vasitələrinin 50-dən çox nümayəndəsi iştirak edirib.
  
Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений